Otel və ziyarətçi sayı – MÜQAYİSƏ
08 AVQUST 2016
209

Otel və ziyarətçi sayı – MÜQAYİSƏ

Barselonaya İstanbuldan beş qat çox turist gəldiyi halda, İstanbulda Barcelonadan beş qat çox otel var. “Wyndham Grand İstanbul Kalamış Marina Hotel”nin Müdürü Mustafa Alparslanın dediyinə görə, İstanbulda otel biznesi böhrana uğrayıb. 
 
İstanbulda 70 otel üçün daha investisiya sənədi alındığını söyləyən Alpaslan vəziyyəti belə şərh edib: "Barselona turist sayı baxımından dünyada №1 olan bir şəhərdir. Gələn turist sayı İstanbuldan 5 qat çoxdur. Amma İstanbulda Barselonadan beşqat daha çox "5 ulduzlu" otel var. Üstəlik 2017-ci ildə 80 yeni otel də xidmətə başlayacaq". Bu sahədə tarazlığın pozulduğuna işarə edən Alpaslanın sözlərinə İstanbulda bu qədər çox 5 ulduzlu otelin olması bir faciədir. "İnfrastrukturu olmadan və lazımlı texniki-iqtisadi əsaslandırma işləri aparılmadan hər yerə otel tikintisinə razılıq verilməsi turizmi baltalayan ünsürdür", deyən otel rəhbəri daha sonra fikrini belə davam etdirib: "Barselonada 5 ulduzlu bir otel var, yanına isə daha bir dənə də 5 ulduz otel ola bilməz. Ona yaxın ərazilərdə ancaq 4 ulduzlu otelin tikilməsinə icazə verilir. Turizm planlı işdir. Bizdə plan çox zəif olduğu üçün çətinlik çəkirik. Onların gəliri 5 qat çox, otel sayı isə bizim 1/5 qədərdir. Turizmdə - turizm planlaması yoxdur". Daxili turizmin böhran şəraitində gözlənilən performansı göstərmədiyini ifadə edən Alpaslan, valyuta ehtiyatını artırmaq daxili turizmlə mümkün deyil. Ölkə səviyyəsində daxili turizmin davamlılığı yoxdur".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır