Dünyanın ən böyük otelinin açılışı təxirə salınır
08 AVQUST 2016
349

Dünyanın ən böyük otelinin açılışı təxirə salınır

Səudiyyə Ərəbistanında Məkkədə inşaatı davam edən dünyanın ən böyük otelinin açılışının təxirə salınıb. Səbəb neftin qiymətinin ucuzlaşması nəticəsində ölkənin gəlirlərinin azalması göstərilir.

Fransada nəşr olunan "Le Figaro" jurnalının verdiyi xəbərə görə, açılış tarixi 2017-ci ildə deyil, 2018, hətta 2019-cu ilə qədər uzana bilər. Bu barədə otelin  məsləhətçisi MKG Consulting şirkəti artıq məlumatlandırılıb.

10 min otaq, 70 restoran və 4 vertolyot enişli böyük bir sahəsi olan otel, Səudiyyə Ərəbistanının neft gəlirlərindəki kəskin azalma səbəbiylə gecikir. Bu baş döndürücü otelin xərci keçən il 3,5 milyard dollar həcmində hesablanmışdı.

Səudiyyə Maliyyə Nazirliyinin sərmayələşdirdiyi  bu nəhəng kompleks Malayziyadakı First World Hotel və Las Vegasdakı The Venetian and the Palazzo'dan daha böyükdür (hər biri 7000-dən çox otağa sahibdir). Otel həcc ziyarəti üçün gələcək kütləni hədəfləyir.

Qeyd edək ki, Həcc ziyarəti neftdən sonra Səudiyyə Ərəbistanının ikinci ən böyük gəlir mənbəyidir. Hər il 2 milyondan çox müsəlman Məkkəni ziyarət edir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır