“Hilton” hotelini Türkiyənin bu şirkətinə satdılar
09 AVQUST 2016
992

“Hilton” hotelini Türkiyənin bu şirkətinə satdılar

Yunanıstanın paytaxtı Afinada tenderə çıxarılan “Hilton” hotelinə ən yüksək qiymət təklifini “Doğuş Holdinq” verib. Fins.az Türkiyə mediasına istinadən xəbər verir ki, hotel ilə əlaqədar işlər “Doğuş Qrup”a aid “D-Marine İnvestments Holdinq B.V” və Yunanıstanın “Costa Navarino Messinia” Turizm Şirkətindən ibarət heyətə həvalə olunub.

Yunan mediasının yazdığına görə, artıq tenderi reallaşdıran “Alfa Bank”ın satış əməliyyatının yekunlaşması üçün sərmayəçi konsorsium arasındakı xüsusi danışıqlar başlanıb. Qeyd edək ki, “ Doğuş Qrup” bundan əvvəl paytaxt Afina nın Attiki bölgəsində olan "Palace Resort Vuliagmeni"ni və Afinadakı “Flisvos Marinası”nın səhmlərinin 50 faizini satın alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır