Bir neçə hotel "Abşeron Qrup"la birləşdi
12 AVQUST 2016
379

Bir neçə hotel "Abşeron Qrup"la birləşdi

"Yeni Naftalan Hotel Company" və "Yeni Şamaxı Hotel Company" şirkətlərinin rəhbəri dəyişib. Vüqar Rəhmətovu Hacı Qurbanov əvəzləyib.

Dəyişiklik kommersiya qurumlarının dövlət reyestrinə daxil edilib.

"Yeni Naftalan Hotel Company" MMC-nin mükiyyətində "Naftalan Hotel Qashaltı" beşulduzlu mehmanxanası var. 125 otaqdan və 3 villadan ibarət oteli "Absheron Hotel Group" idarə edir.

Şamaxıdakı beşulduzlu "Şamaxı Palace Hotel" ötən ilin yayından "Absheron Hotel Group"a keçib. Bu oteldə 3-ü prezident nömrəsi olmaqla, 102 otaq var. 

"Absheron Hotel Group"un tərkibinə Bakıdakı "Four Seasons", "JW Marriott Absheron", "Boulevard Hotel Bakı" və "Intourist Hotel Bakı" daxildir. Bu il qrup "Yeni Dinamo Oteli"ni istifadəyə verməyi nəzərdə tutur.

Şahdağ Yay-Qış Turizmi Mərkəzində tikilmiş "Pik Palace Shahdag" və "Park Chalet Shahdag" otelləri də qrupun mülkiyyətindədir.

Mənbə: Azadlıq Radiosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır