Qubada tarixi abidə ticarət mərkəzinə çevriləcək
15 AVQUST 2016
257

Qubada tarixi abidə ticarət mərkəzinə çevriləcək

XVIII əsrin sonu XIX əsrin əvvələrində inşa olunan “Günbəzli hamam”da təmir işləri başa çatmaq üzrədir. Fins.az-ın məlumatına görə, 2015–ci ilin payız aylarından bərpasına start verilən işlər 2017-ci ilin əvvəlinə kimi başa çatacaq. 

Bərpa zamanı bişmiş qırmızı kərpicdən tikilən hamam binasının tikintisində sementdən istifadə olunmayıb və xarici,daxili görünüşündə dəyişikliklər edilməyib. Hal-hazırda hamamın naxışları üzərində rəssamlıq işləri görülür.

Qeyd edək ki, iki günbəz və 30-a yaxın otaqdan ibarət hamam 1985-ci ilə qədər yerli sakinlər tərəfindən istifadə olunub. Tarixi abidə üzərində restavrasiya işləri bu günə qədər cəmi bir dəfə 1986-1987-ci illərdə aparılıb.  Lakin indi restavrasiya olunan tarixi abidə təyinatı üzrə yox, müxtəlif sənətkarlıq nümunulərinin, əl işlərinin sərgi zalı kimi istifadə olunacaq. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır