Azərbaycan və Monteneqro arasında çarter reysləri dayandırılıb
15 AVQUST 2016
171

Azərbaycan və Monteneqro arasında çarter reysləri dayandırılıb

"Montenegro Airlines" aviaşirkəti Azərbaycan və Monteneqro arasında çarter reyslərinin həyata keçirilməsini dayandırıb.

Fins.az "Report"a istinadən xəbər verir ki, Monteneqronun Azərbaycandakı fəxri konsulluğundan verilən məlumata görə, uçuşların ləğvi aviaşirkət ilə Azərbaycandakı turoperator arasında yaşanan müəyyən məsələlərlə bağlıdır.

Məlumata görə, "Montenegro Airlines" aviaşirkəti son üç çarter reysini həyata keçirməyəcək.

Çernoqoriyaya turpaket alan turistlərin bildirdiklərinə görə, turagentliklər istirahət edənlərin uçuşunu digər aviaşirkətlər vasitəsilə təşkil etməyə çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır