Turizm şirkəti müflis oldu – BRONLAR LƏĞV EDİLDİ
15 AVQUST 2016
1571

Turizm şirkəti müflis oldu – BRONLAR LƏĞV EDİLDİ

“ATS” Turizm Şirkəti müştərilərinə maliyyə öhdəliklərini yerinə yetirə bilmədiyini görə özünü müflis elan edib. Şirkətdən fins.az-a verilən məlumata əsasən,  Azərbaycanda  dolların bahalaşması və Türkiyədəki qeyri-stabil vəziyyət  şirkətin  turizm məhsullarına tələbi xeyli  azaldıb.

“Təəssüf ki, yüksək risk və istehsal xərcləri şirkətə böyük ziyan vurdu. “ATS” şirkəti artıq tur-agentliklər və turistlər qarşısında öz maliyyə öhdəliklərini yerinə yetire bilmir”.

Monteneqrodakı turistləri “THY” gətirəcək

“ATS”  2016-cı il avqustun 15-dək  bütün bron edilən  paketlər və ödənişləri ləğv edib. Artıq  hotellər  şirkətin müştərilərini  qəbul etməyəcək. Buna görə şirkət müştərilərinə müraciət edərək yerlərini təkrar  bron etməyi  xahiş edib.

“Monteneqroya çarter reysləri də  ləvğ olunur. İndi  hotellərdə qalan turistləri bron edilən tarixlərində “Türk Hava Yolları” reysləri ilə Poqqortsa-İstanbul-Bakı marşrutu ilə qayıda biləcəklər”.

Şirkətdən qarşıdakı aylar üçün bron alan müştərilərin ödədikləri məbləğləri sentyabrın 5-dən qaytarmağa başlayacaq.

“ATS”-in nə qədər borcu yığılıb?

Şirkətə hüquqi xidmət göstərən hüquqşünas Dəyanət Mikayılov fins.az-ın sorğusuna cavab olaraq  bildirib ki, indi “ATS”-ın müştərilərə və 40-a yaxın firmaya  ümumilikdə 160 min manata yaxın borcu yığılıb:

“Onlardan bəziləri məhkəməyə müraciət etməyə hazırlaşır.  Bir qism müştəri ilə artıq danışıqlar aparmışıq və borcun qaytarılması ilə bağlı razılıq əldə olunub. Şirkət 2 ay müddətində bütün borclarını ödəmək barədə öhdəlik götürüb”.

Qeyd edək ki, müştərilərinə və  əməkdaşılıq etdikləri  şirkətlərə qarşı məsuliyyətsiz edən turizm şirkətlərinin sayı indi 7-ə çatıb. Lakin onların adları hələlik açıqlanmır.

Turizm Fonduna ehtiyac var

Beynəlxalq təcrübədə turzim şirkətlərinin müflis olduğu halda  onların idarə olunması müfvafiq fondlara həval olunur. Məsələn, qonşu Rusiyada Turizm Fondu adlanan qurum yaradılıb. Bu, bir növ, turizm şirkətlərinin sığortaçısı rolunu oynayır.

Yəni, şirkətlər hər il həmin fonda müəyyən ödənişlər edirlər. Hər hansı səbəbdən şirkət müflis olduqda   Fondun vəsaitləri hesabına həmin şirkətin borcları ödənilir. Sonra müflis olan şirkət Fondun borslarını hissə-hissə ödəyir.

Lakin hələlik Azərbaycana belə bir təcrübə olmadığından  müştərilər birbaşa  şirkətlə daşıçaraq    borcunu tələb edir. Bu zaman borcun ödəniməsi rixkləri daha çox olur.

Ona görə də mütəxəssislər hesab edirlər ki, ölkəmizdə də belə fondun təşkilinə  ehtiyac yaranıb. Çünki hər il  müştərilərinə qarşı məsuliyyətsizlik edən turizm şirkətləri aşkar edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır