Türkiyənin turizm sektorunda ixtisarlar
16 AVQUST 2016
167

Türkiyənin turizm sektorunda ixtisarlar

Fins.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata əsasən, turizmdə yaşanan böhranın ən çox təsir etdiyi sahələrdən biri də məşğulluqdur. Xüsusi ilə otellərdə işləyənlərin sayının getdikcə azaldığı bildirilir. Məlumata əsasən 2016-cı ildə otellərdə çalışanların sayında 22/100 azalma qeydə alınıb. Otellərdə çalışanların ümumi sayı 348 mindən 271 minə enib.
 
Qeyd etmək lazımdır ki, 2015- ci ildə bu sahədə artım 40/100 idi. İşcilərin saynın azalması əsasən Antaliya, Muğla, İzmir və İstanbul otellərində olub. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır