“Manatın üzməsinin” turizm bazarına təsiri – ARAŞDIRMA
16 AVQUST 2016
534

“Manatın üzməsinin” turizm bazarına təsiri – ARAŞDIRMA

Dolların bahalaşması ilə əlaqədar ölkə daxili turizmə üstünlük verənlərin sayı bu il rekord həddə çatıb.

Baku Travel şirkətinin icraçı direktoru Əziz Şiriyevin fins.az-a verdiyi məlumata əsasən, turistlərin ən çox seçdiyi istiqamətlər Nabran, Qəbələ, Quba, Şəki, İsmayıllıdır (Lahıc kəndi). İstirahət üçün Nabranı seçənlər əsasən yerli əhalimizdir. Əcnəbilər isə çimərliyə deyil, təbiətdə dincəlməyə üstünlük verdiklərindən Quba, Qəbələ, Şəki, İsmayılı istiqamətlərini seçirlər.

Xarici turistlərin bu il Azərbaycanı daha çox seçmələrinin əsas səbəbi kimi viza verilməsinin sadələşdirilməsi göstərilir. Əziz Şiriyevin sözlərinə görə, bu il İraq, BƏƏ, İran və Orta Asiya ölkələrindən ölkəmizə gələn turistlərin sayı rekord nəticə göstərib: “Gün ərzində Azərbaycana 130-150-yə yaxın iraqlı gəlir”.

Turistləri ölkəmizdə nə cəlb edir sualına isə menecer belə cavab verdi: “İraq, İran və Ərəb ölkələrindən gələnləri dəbdəbə və gəzinti maraqlandırır. Rusiya və  Avropadan gələnləri isə yeniliklər və təbiət cəlb edir”. Ə.Şiriyev İraq və körpəz ölkələrindən gələnlərin çoxalmasında çarter reyslərinin qiymətlərinin münasib olmasını da mühüm amil hesab edir. Onun sözlərinə görə, payız endirimləri sentyabrın ikinci yarısından başlayacaq. İndi reğionlarda fəaliyyət göstərən otellər  “Non Stop” rejimində çalışırlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır