Azərbaycan hotellərinə ulduzlar verildi – SİYAHI
23 AVQUST 2016
47

Azərbaycan hotellərinə ulduzlar verildi – SİYAHI

Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq, müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanaların təsnifatı aparılıb.

Fins.az  Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, Nazirliyin sifarişi ilə hazırlanan xüsusi proqram vasitəsilə ekspert qrupu tərəfindən mehmanxanalara baxış keçirilir və ulduz dərəcələri müəyyən olunur.

Məlumata əsasən, bu ilin avqust ayı ərzində Bakı şəhəri və ölkə ərazisində yerləşən 11 mehmanxanaya - “Chinar Hotel & Spa Naftalan”, “El Resort”, “Ayan Palace” mehmanxanalarına 5 ulduz, “Kür Hotel”, “Ober-Lux”, “Elfaro”, “Atlant”, “AF Hotel”, “Afra Hotel”, "Opera Hotel” mehmanxanalarına 4 ulduz, “Lotos” mehmanxanasına isə 3 ulduz dərəcəli sertifikatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır