Rusiyadan Bakıya yeni reys açılacaq
23 AVQUST 2016
682

Rusiyadan Bakıya yeni reys açılacaq

Bu ilin avqustun 25-dən “Komiaviatrans” şirkəti Nijni Novqoroddan Azərbaycana birbaşa reyslər həyata keçirəcək.

Fins.az xəbər verir ki, birbaşa reyslər Nijni Novqorod-Bakı-Nijni Novqorod marşrutu ilə həyata keçiriləcək. Uçuş 2 saat 45 dəqiqə davam edəcək.

“Striqino” hava limanının məlumatına görə, Nijni Novqorod şəhərindən reyslər cümə günləri saat 9:30-dan, Bakıdan isə cümə axşamları 19:15-də həyata keçiriləcək. Birtərəfli gediş üçün biletin qiyməti 12 300 Rusiya rublu və ya 307 manat təşkil edəcək. 

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır