Azərbaycana olan reysə qadağa qoyulub
25 AVQUST 2016
783

Azərbaycana olan reysə qadağa qoyulub

Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyi (RHNA) "Koqalımavia" şirkətinin (Metrojet) 30 istiqamət üzrə uçuş icazəsini geri çağırıb.

Bu barədə agentliyin saytında məlumat verilir.

Dərc olunan sənəddə bildirilir ki, lisenziyanın geri alınması aviadaşıyıcının bir mövsümdən artıq müddət ərzində uçuşlar həyata keçirməməsi ilə əlaqədardır. "Koqalımavia", xüsusilə Qazaxıstan, Azərbaycan və Qırğızıstan istiqamətində uçuşlardan məhrum edilib

Eləcə də bax: Rusiyadan Bakıya yeni reys açılacaq

 

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır