Dünyanın ən lüks dəmir yolları – FOTOREPORTAJ
29 AVQUST 2016
1112

Dünyanın ən lüks dəmir yolları – FOTOREPORTAJ

Bu gün bir məntəqədən digərinə rahat və sürətlə təyyarə vasitəsi ilə getmək olar. Qatarların qızıl dövrü çoxdan keçmişdə qalıb, ancaq hələ də bir çox insan dəmir yolu ilə səyahətə üstünlük verir.  

Təkərlərin tıqqıltısı və vaqonun astaca sağa-sola silkələnməsinin təkrarolunmaz və ən müasir təyyarədə rast gəlməyəcəyiniz bir romatikası var.

Fins.az keçmişimizdən bu günə qədər gələn və bu gün mövcud olan ən maraqlı və məhşur dəmir yollarını diqqətinizə çatdırır:

“Qan” (The Ghan). Avstraliya

Bu qatar öz adını əfqanıstanlı nökərlərin adından götürüb (“qan” “əfqan”-ın qısaldılması). XIX əsrdə onlar kontinentin mərkəzinə karvanlar aparırdılar. Ümumiyyətlə əfqanlar Avstraliya tarixində böyük iz qoyublar. Məhz onlar yeni kontinentə ilk dəfə islam dinini gətiriblər. Təqribdən bir sutkalıq yola “Qan” (cənubdan-qərbə) 3.000 km-dən çox məsafəni qət edərək, bütün Avstraliyanı keçir.

Qatar sərnişinlərinə 3 sinif xidmət təklif edir: Ən bahalı “Platinum” kupesində 2 geniş çarpayı, duş kabinası və şəxsi köməkçi müştərinin ixtiyarındadır. Qatarın interyeri də lakonik gözəlliyi ilə seçilir. Onun divarları mərsin ağacından üzlənib. Vaqon-restoranda isə sərnişinlərə qızardılmış kenquru əti daxil, müxtəlif eqzotik təamlar təklif olunur. Yol boyunca 2 uzunmüddətli dayanacaq vaxtı sərnişinlər Avstraliya aborigenlərinin ədət-ənənələri ilə yaxından tanış olmaq və Ketrin çayının kanyonu üzərindən vertolyotla uçmaq şansı əldə edə bilərlər.

“Şotlandiyalı Zadəgan” (Royal Scotsman). Şotlandiya

Qatar Edinburqdan çıxaraq, bütün Şotlandiyanı əhatə edən marşrut boyunca hərəkət edir. 36 sərnişini qəbul edə bilən vaqonlar viktoriyan dövrünün qonaq otaqlarına bənzəyir. Qırmızı ağacdan hazırlanmış mebeller, məxmər və çılçıraqlar. Hər bir geniş kupe-nömərsində ayrıca hamam otağı mövcuddur. Bu qatarla yola çıxan sərnişinləri zəngin ekskursiya proqramı: balıqçılıq (şotland qızılbalığı), qolf oyunu,  orta əsr qalalarını ziyarət, əla viski dequstasiya da gözləyir. “Şotlandiyalı Zadəgan” qatarı 7 müxtəlif marşrut üzrə hərəkət edir və səfərin müddəti 2-7 gün arasında dəyişir.

“Tokaydo” (Tokaido Shinkansen). Yaponiya

Heç kəsə sirr deyil ki, ən inkişaf etmiş sürət qatarları şəbəkəsi Yaponiyaya məxsusdur. Tokio və Osaka şəhərlərini birləşdirən “Sinkansen” şəbəkəsinin ilk xətti 1964-cü ildə istifadəyə verilib. Şəhərlərarası 515 km. məsafəni qatar (saatda 210 km sürətlə) 4 saata qət edirdi. Bundan sonra yerli mətbuat “Sinkanseni” dərhal “güllə-qatar” adlandırdı. Əlbəttə ki, yaponlar bu nəticə ilə kifayətlənmədilər və bir müddət sonra “Kodama” (Əks-səda), “Xikari” (İşıq) və “Nodzomi” (Ümid) dəmir yolu xəttləri açıldı. Şanxayın Maqlev sürət qatarından sonra Yaponiyanın “Nodzomi” qatarı sürətinə görə dünyada 2-ci yerdədir. Gümüşü rəngdə olan “güllə-qatar” 600 km məsafəni 2 saata gedir.

“Hayram Binqem” (Hiram Bingham). Peru, Cənubi Amerika

Qatar İnklərin itmiş şəhərini aşkarlamış amerikalı arxeoloqun adını daşıyır. Müasir Kuskodan qədim Maçu-Pikçu şəhərinin qalıqlarına qədər olan yolu qatar 3.5 saata qət edir. Sərnişinlər Peru gitaraçılarının canlı ifası altında əzəmətli And dağları, dağ vadiləri və şəlalələri keçirlər. Qatarın son stansiyasından turistləri qədim şəhərə dolama dağ yolu vasitəsilə avtobuslar aparır. “Buludlar arasında şəhər” adlnan Maçu-Pikçunun qədim tikililəri ilə tanış olandan sonra geri qayıdan zaman  XX əsrin zərif interyerli vaqonlarında sərnişinlərə yerli mətbəxin təamları təklif olunur.

 “Əzəmətli Alpinist” (Rocky Mountaineer). Kanada, Şimali Amerika

Bu Şimali Amerikanın ən lüks qatarlarından biridir. Qatarda 4 sinif xidmət mövcuddur, onlar arasında ən nüfuzlusu olan “Qızıl yarpaq” 7 dəfə “World Travel Awards” (Dünya səyahət mükafatı) alıb. Qatarın ikimərtəbəli vaqonlarının şüşə tavanı və böyük panoramik pəncərələrindən Kanadanın vəhşi təbiət mənzələrini izləmək olar. Vaqon-restoranda sərnişinlərə eksklüziv isti yeməklər, pulsuz içki və qəlyanaltılar təqdim olunur. “Alpinistin” 4 marşrutundan ən möhtəşəmi Qayalı dağlardan keçir. 2013-cü ildən sərnişinlərə ABŞ-ın Sietl şəhərindən, Kanadanın Vankuver şəhərinə qədər 3 günlük beynəlxalq marşrut təklif olunurdu.

«Şərq Ekspressi» (Orient Express). Avropa və Asiya

Əminliklə demək olar ki, dünyada ən məhşur qatar məhz “Şərq Ekspressi”dir. Dəmir yolu xətti üzrə ilk qatar 1889-cu ildə Parisdən İstanbula yola düşüb. Keçən əsrin başlanğıcı dövrünün qatarları, vaqonların möhtəşəm art-deko interyeri unikal retro abu-hava yaradır.  Bu ekspressdə bir çox məhşur insanlar səyahət ediblər. Onlar arasında Şarl de Qoll, II Elizabet, Nikita Xruşov və başqaları. 1929-cu ildə güclü qar qasırğası ucbatından qatar 6 gün İstanbuldan 100 km. məsafədə ilişib, qalmışdır. Məhz bu hal Aqata Kristinin məhşur “Şərq Ekspressində qətl” dedektivinin süjet xətti olmuşdur.

“Göy Qatar” (Blue Train). CAR, Afrika

Bu təkərlər üstündə 5 ulduzlu oteldir. Qatarda qonaq otağı vaqonu klub, dəbdəbəli restoran sərnişinlərin xidmətindədir. Vaqonları interyeri ciddi ingilissayağı stildədir. Gömgöy vaqonlarına görə qatar belə ad alıb. Qatar Pretoriyadan Keyptauna qədər olan 1600 km. məsafəni 27 saata qət edir. Dəmir yolu xətti Afrika savannasından keçir. Yolu boyu pəncərədən kərgədan, şir və antilopaları görmək olar. Qatarın 4 marşrutlarından biri Afrikanın ən böyük şəlaləsi olan Viktoriya şəlaləsinə qədər gedir. “Göy Qatar”da Nelson Mandela və Marqaret Tetçer kimi məhşurlar səyahət ediblər.

“Qızıl Qartal” (Zolotoy Oryol). Rusiya

Dünyanın ən uzun dəmir yolu xətti (təqribən 9300 km.) Moskvadan Valdivostoka qədər uzanır. Bu yerin 5/1-dir. Magistralın əsası XIX-XX əsrlərin başlanğıcında qoyulub və dəmir yolu xətti bu gün də işləyir. Rusiyanın ən bahalı qatır olan “Qızıl Qartal” bu dəmir yolu xətti üzrə tərqibən 2 həftə yol gedir. Qatar əsasən gecə hərəkət edir səhərlər isə sərnişinlərə müxtəlif ekskursiyalar təqdim olunur. Onlar Kazan Kremli, Novosibirskdə Transsib muzeyi, Baykal gölünü, buddist məbədlərini ziyarət edirlər. Vladivostokdan isə sərnişinlər (turistlər) əsasən təyyarə ilə geri qayıdırlar..

“Buzlaq Ekspressi” (Glacier Express). İsveçrə

“Buzlaq Ekspressi” dünyanın ən yavaş gedən ekspressdir. O ilk dəfə 1930-cu ildə yola çıxıb. Qatar hər gün işləyir və bir səfər 7.5 saat davam edir. Bu zaman ərzində qatar 291 körpü və 91 tuneldən keçir. Eyni zamanda “Buzlaq Ekspressi”-nin yolu 2033 m. hündürlüyündə yerləşən Oberalm aşırımından da keçir.

“Çar Rusiyası”. Rusiya

Moskva – Vladivostok marşrutu üzrə yeni “Çar Rusiyası” qatarı 2016-cı ilin iyulundan hərəkətə başlayıb. Turun maksimum qiyməti 1.1 milyon, minimum qiyməti 384 min rubldur. Qatar yüksək komfortlu, çar otaqları interyerli vaqonlardan ibarətdir. Qatarda bar, restoran və pianunolu salon mövcuddur. 

 Mənbə:1news.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır