Turizm şirkətlərinin facebook-klonları meydana çıxıb – DİQQƏTLİ OLUN!
30 AVQUST 2016
517

Turizm şirkətlərinin facebook-klonları meydana çıxıb – DİQQƏTLİ OLUN!

Tanınmış tur-şirkətlər adından yaradılan saxta facebook-klonlar vətəndaşlarımızı aldadırlar. Belə bir bəyanatla Azərbaycan Turizm Asossiasiyasının rəhbəri Nahid Bağırov çıxış edib.  
 
Onun sözlərinə görə, sosial şəbəkələrdə belə birgünlük şirkətlərin sayı çox sürətlə artır. Onlar yaratdıqları klon-səhifələrdə  öz xidmətlərini elan edərək, sonradan naməlum şəkildə yoxa çıxırlar. 
 
«Ayrı-ayrı şəxslər Facebook da daxil olmaqla, sosial şəbəkələrdə tanınmış turizm şirkətlərinin adlarından səhifə yaradaraq, insanların etimadını qazanırlar. Təəssüf ki, facebook-klonlar kifayət qədər aktivdirlər və onlarla mübarizə aparmaq sosial şəbəkələrdə tənzimləmə mexanizminin olmamasından çətinliklər yaradır», - deyə N.Bağırov bildirib. 
Onun sözlərinə görə, belə klon-səhifələr vasitəsilə aldadılmış şəxslərdən daxil olan şikayətlər həm də onların adından istifadə edən turizm şirkətlərinin imicinə mənfi təsir göstərir. 
 
«Turistləri diqqətli olmağa, belə vicdanı olmayan "iş adamları" tərəfindən aldanmamaq üçün hərtərəfli məlumat toplamağa və sonra qərar verməyə çağırıram". 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır