Müxtəlif ölkələrdə turistlər üçün – DRESS CODE
31 AVQUST 2016
564

Müxtəlif ölkələrdə turistlər üçün – DRESS CODE

Bazar ertəsi Hindistanın mədəniyyət və turizm üzrə dövlət naziri Maxeş Şarma bildirdi ki, Hindistanın kiçik şəhərlərini ziyarət zamanı turist qadınların qısa ətək geyinməsi məsləhət deyil.

Lakin bir qədər sonra dünyanın aparıcı turizm şirkətləri bu məlumatın doğruluğunu təsdiqləmədilər. Onların sözlərinə görə, təcrübəli səyahətçilər bilirlər ki, bir çox ölkələrdə (əsas da kurort zonalarında) yerli xalqın ciddi geyim qayda-qanunları olduğu halda belə turistlərə qarşı olduqca dözümlü münasibət var. Fins.az səfər zamanı heç bir xoşagəlməz halla rastlaşmamaq, yerli xalqla problem yaşamamaq üçün səyahətdən öncə səfər edəcəyiniz ölkənin adət-ənənəsi və həyat tərzi ilə tanış olmağınız məsləhət görür.

Turistlərə heç bir güzəştə getməyən ölkələr

Şimali Afrikanın bəzi müsəlman ölkələri və Yaxın Şərq dövlətləri turistlərdən ölkələrində mövcud dress-koda riayət etmələrini tələb edir. Əks halda geyim qaydalarını pozan turistlər administrativ, hətta cinayət məsuliyyətinə belə cəlb oluna bilərlər. Əsas məhdudiyyətlər isə qadın geyimlərinə tətbiq olunur.

Avropalı qadınlardan üzlərini bağlamaq tələb olunmur, eyni zamanda hicab geyiməyə də ehtiyac yoxdur, ancaq onlar bir kələğayı ilə başlarını örtməyə məcburdurlar. Bəzən olur ki, şəhərdə gəzinti zamanı polis əməkdaşı və ya diqqətcil vətəndaş turist qadına yaxınlaşaraq, onun baş örtüyünün çiyininə düşdüyünü xəbər verir. Bu zaman xanım turist baş örtüyünü düzəltməlidir.

Misal üçün İranda bütün qadınlarda baş örtüyünün olması müstləq haldır və bu baxımdan turistlərə belə heç bir güzəşt edilmir. Lakin müasir dövrümüzdə İran qadınlarının baş örtüyü sadəcə simvolik bir xarakter daşıyır, sadəcə mövcudluğunu göstərir. Digər tərəfdən iranlı qadınlar üçün əllərini biləklərinə, ayaqlarına isə topuqlarına qədər örtən geyim dress-koddur. İranlı qadınlar topuqlarını örtən losinlərdə də sərbəst gəzə bilərlər.

Ən ciddi dress-kodlar ölkələrinə Səudiyyə Ərəbistanı və Ərəb Əmirlikləri aiddir. Bu ölkələrdə hətta kişilərə belə boyunlarını, əl-ayaqlarını açıq saxlamaq məsləhət görülmür. Tatu və pirsinqlərin (əsas qadınlarda) mövcudluğu da bu ölkələrdə xoş qarşılanmayacaq. Unutmayın ki, sərhəd əməkdaşları üzərində çoxlu tatu və prisinqin olduğuna görə turisti ölkəyə buraxmaya bilərlər.

Ərəb ölklərində qadınlara uzun losinlər və ya uzun qol köynək kifayət etmir. Onlar uzun libas, ya da yerə dəyən ətək geyinməlidirlər. Bu ölkələrdə olduğunuz müddətdə üzərində xüsusi şəkil, rəmz olan geyimlərdən də imtina etmək lazımdır.

Dress-kodu pozan turistlərə qarşı həmin ölkənin qanunları ilə müəyyən edilmiş cəzalər (turistin ölkədən deportasiyası və geri dönməsinə qadağa) tətbiq olunur. Lakin əksər hallarda dress-kodu pozan turistlər yerli əhalinin aqressiyasına tuş gəlirlər. Geyim qaydalarını pozan qonaqları mağaza və ya restorana buraxmaya bilərlər, bu zaman əsas da qadınlara qarşı fiziki zor gücün tətbiq halları da nadir deyil.

Ancaq ciddi qadağaları ilə seçilən müsəlman ölkələrinin kurort zonaları və otellərində mövcud qadağalar aradan qalxır. Orada qadın turistlərə ancaq bir qadağa tətbiq olunur, bu da qadın tursit günəş qəbulu zamanı bədəninin üst hissəsini tam açmamalıdır. 

Kişilər və qadınların eyni çimərlikdə olması qadağan olan İranda zəif cinsin nümayəndələri üçün ayrıca çimərliklər mövcuddur. Burada şərq Afroditaları rahat şəkildə bikini geyinə və ya praktiki çimərlik geyimi olmadan gəzə bilərlər.

Turistlərə qismən güzəştə gedən ölkələr

Ümumilikdə desək, əksər islam ölkələrində turistlərin xarici görkəminə qarşı neytral münasibət var. Olar bilər ki, otel və mağaza işçiləri, restoran əməkdaşları və bazar tarcirləri açıq-saçıq avropalı turistlərə öyrəşiblər. Ya da onlar anlayırlar ki, çoxlu sayda qadağaları olan ölkəyə turist gəlməyəcək və bu da öz növbəsində dövlət büdcəsinə mənfi təsir göstərəcək.

Turkiyə, Misir, Tunis və ya Mərakeş kimi ölkələrdə əcnəbilərin bədənlərini boyundan topuğa qədər örtməsinə ehtiyac yoxdur. Bu ölkələrdə turistlər başlarını da yalnız günəş şüalarından qorumaq üçün bağlayırlar. Lakin hətta bu ölkələrdə belə əcnəbilərə gecə vaxtı təkbaşına şəhərdə gəzməyi və ya açıq geyimləri ilə yerli əhalini qıcıqlandırmağı məsləhət görmürlər.   

Müxtəlif dini təriqətlərə inan əhalinin birgə yaşadığı ölkələr var, belə ölkənin bölgələrindən asılı olaraq gündəlik həyat tərzinin qanunları da müxtəlif olur.  Misal üçün İndoneziyanın Yava, Sumatra və Kalimantan adalarında yerli əhali daha çox müsəlmanlardan ibarətdir. Bu adalara səfər zamanı qadınlara qısa ətək, kişilərə isə şortik geyinmək məsləhət görülmür. Ancaq ölkənin Bali və Lombok adalarında yerli əhali daha çox induizə inandığı üçün burada həyat tərzi daha sərbəstdir və bu adalarda turistin geyiminə heç kəs fikir verməyəcək.

Turistlər qadağalarla əsas müsəlman ölkələrində rastlaşırlar, ancaq bu o demək deyil ki, xristian ölkərində də siz dress-kod olmadan istirahət edə bilərsiniz. Bəli. Avropa ölkələrinin bir çox çimərliklərində heç bir qadağa mövcud deyil, lakin siz çimərlikdən dəbdəbəli otelə və ya restorana yaxınlaşan kimi yenə də dress-kod reallığına düşürsünüz. Aydın məsələdir ki, yarım çılpaq görünüşdə heç kəs sizi otelə və ya restorana buraxmayacaq. Eyni zamanda kilsə, muzey, butik, ticarət mərkəzləri və digər iaşə obyektlərinə çimərlik geyimində girməniz mümkün deyil. Ona görə də geyimə qarşı tam neytral bir ölkə axtarmağınıza ehtiyac yoxdur.

Yekun olaraq turistlərin diqqətinə çatdırırıq ki, istirahət üçün hansı xarici ölkəyə getməyinizdən asılı olmayaraq, oranın adətlərinə hörmətlə yanaşmalı, xarici görünüşünüz və ya hərəkətlərinizlə xoşagəlməz vəziyyət yaratmamalısınız. Unutmayın ki, siz bu ölkədə qonaqsınız.

Mənbə: Ria.ru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır