Azərbaycanın regionlarında turizm məktəbləri açılacaq
02 SENTYABR 2016
397

Azərbaycanın regionlarında turizm məktəbləri açılacaq

Xəbər veridiyimiz kimi, Prezident İlham Əliyev turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sənəddə Azərbaycandakı turizm və rekreasiya zonalarında peşə məktəbləri və liseylərinin yaradılması nəzərdə tutulub. Fins.az xəbər verir ki, məktəblərin açılması Mədəniyyət və Turizm Nazirliyi və Təhsil Nazirliyinə tapşırılıb.

Yeni ilk peşə-ixtisas təhsili müəssisələri Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində yaradılacaq. Sərəncama əsasən, turizm zonalarında peşə məktəblərinin yaradılması məqsədilə müvafiq torpaq sahəsinin və əmlakın ayrılması ilə bağlı tədbirlər görüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır