Sərhəd məntəqələrində keçid sürətlənəcək
02 SENTYABR 2016
456

Sərhəd məntəqələrində keçid sürətlənəcək

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycanda turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ndən irəli gələn vəzifələrin icrası, Azəybaycanda müasir turizm sənayesinin formalaşdırılması, bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə bir sıra tədbirlər nəzərdə tutulub.

Fins.az xəbər verir ki, sərəncamın 4.9-cu bəndində ökumətə qonşu ölkələrlə sərhəd buraxılış məntəqələrində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidinin təmin edilməsi ilə bağlı tapşırıqlar verilib. 

Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Dövlət Miqrasiya Xidməti ilə birlikdə Azərbaycan Respublikasının Rusiya Federasiyası, Türkiyə Respublikası, İran İslam Respublikası və Gürcüstan ilə sərhəd buraxılış məntəqələrində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin surətli keçidinin təmin edilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb üç ay müddətində ölkə başçısına təqdim etməlidirlər. 

Sirr deyil ki, Azərbaycandan xaricə gedərkən və ya əksinə, ölkəyə  gələrkən vətəndaşlar bütün sərhəd-keçid məntəqələrində saatlarla növbə gözləyirlər. Bu, xüsusilə, Azərbaycana gələn əcnəbilər, turistlər üçün bu növbələr daha dözülməzdir. Çünki Azərbaycan sərhəd-keçid məntəqəsindən bir neçə kilomert irəlidəki İran və ya Gürcüstan sərhəddini bir neçə dəqiqəyə keçib gəlirlər. 

Bu gözləmələr, növbələr ölkəyə turist axınının qarşısını alan ciddi problemdir. Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Murad Kərəmov fins.az-a açıqlamasında bildirib ki, sərhəddə sürətli keçidin təmin edilməsi ilə ölkəyə gələn turistlərin sayını  dəfələrlə artırmaq mümkündür: 

“Qırmızı   körpü”də, Balakəndə, İran sərhəddində Azərbaycana keçmək üçün kömrük, sərhəd-keçid yoxlamaları saatlarla sürür. Bu da ölkəyə turist kimi gələnlərin ciddi narazılığına səbəb olur. Sərəncamda nəzərdə tutulan  sürətli keçidi təmin etmək üçün  sərhəd-keçid məntəqələrində  yeni  informasiya texnologiyaları tətbiq ediləcək. Bu da  vətəndaşların  tez  məntəqədə  yoxlanılmasına  kömək edəcək”. 

Ekspert hesabe di ki, sərhəd  -keçid məntəqələrində viza verilməsi də turist axınını sürətləndirə bilər. “Asan viza”  sistemi indi ancaq hava limanında tətbiq edilir. Gələcəkdə bunu  bütün sərhəd məntəqələrində həyata keçirilməsi ərəb turistlərinin təcrübəsini təkrarlaya bilər.    

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır