Memarlıq abidələrində reklam yerləşdirmək səlahiyyəti - RƏSMİ QƏRAR
05 SENTYABR 2016
579

Memarlıq abidələrində reklam yerləşdirmək səlahiyyəti - RƏSMİ QƏRAR

Nazirlər Kabineti dövlət qoruqları ilə bağlı bir sıra qərarlarına dəyişiklik edib. Fins.az "Report"a istinadən xəbər verir ki, 3 oktyabr 1990-cı ilə tarixli qərarla təsdiq edilmiş Naxçıvan MR-nın Culfa rayonunda yerləşən "Gülüstan" tarixi mədəniyyət qoruğu haqqında Əsasnamədən, 3 iyul 2008-ci il tarixli qərarla təsdiq edilmiş Bakı şəhərinin Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən tarixi-mədəniyyət qoruğu haqqında Əsasnamədən, 19 sentyabr 2008-ci il tarixli qərarla təsdiq edilmiş "Xınalıq" dövlət tarixi-memarlıq və etnoqrafiya qoruğu, "Keşikçidağ" dövlət tarixi-mədəniyyət qoruğu və "Atəşgah məbədi" dövlət tarixi-memarlıq qoruğu haqqında Əsasnamələrdən, 22 sentyabr 2008-ci il tarixli qərarla təsdiq edilmiş "Yanar dağ" dövlət tarix-mədəniyyət və təbiət qoruğu haqqında Əsasnamədən, 2 oktyabr 2013-cü il tarixli qərarla təsdiq edilmiş "Qala" dövlət tarixi-etnoqrafiya qoruğunun xüsusi rejimi haqqında Əsasnamədən gedir.

Baş nazir Artur Rasi-zadənin imzaladığı qərarlara əsasən, "Qala" qoruğu istisna olmaqla digər qoruqların ərazisində və onların mühafizə zonalarında, memarlıq abidələrinin (binalarının) dam hissəsində reklam daşıyıcılarıMədəniyyət və Turizm Nazirliyinin razılığı ilə yalnız reklam-informasiya təşkilatlarının nəzdindəki bədii şuraların rəyi əsasında və həmin binalarımn dayanıqlılığəna mənfi təsir göstərməmək şərti ilə yerləşdirilə bilər. "Qala" qoruğunda isə bu səlahiyyət qoruq idarəsinə verilib.

Bundan başqa, Nazirlər Kabineti 7 fevral 2000-ci il tarixli "Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin, sınağın və yoxlamanın keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında" qərarına dəyişiklik edib. Dəyişikliyə əsasən, avtomobil yollarında yol hərəkətinin təhlükəsizliyi tələblərinə cavab verməyən, yol hərəkəti iştirakçıları üçün maneə və təhlükə yaradan, onların həyat və sağlamlığına təhlükə yarada bilən, sürücülərin yol şəraitinin qiymətləndirməsini çətinləşdirən, yol hərəkəti nişanlarına və yazılarına bənzəyən reklam qurğularının yerləşdirilməsinə yol verilmir. Yol örtüyünün üzərində, yol hərəkəti nişanlarında, onların dirəklərində və digər tənzimlənmə vasitələrində, yol qurğularında reklamlın yerləşdirilməsi qadağandır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır