Hotelin işçiləri aksiyaya başlayıblar
05 SENTYABR 2016
600

Hotelin işçiləri aksiyaya başlayıblar

Azərbaycan əsilli rusiyalı iş adamı Telman İsmayılovun 1.4 milyard dollar xərcləyərək, dünya səviyyəli ulduzlarla açılışını etdiyi, Antalyadakı "Mardan Palace" hotelində "üsyan" baş qaldırıb. Belə ki, 160 işçi may ayından bu yana pullarını ala bilmədiyi üçün aksiya keçirir. Sputnik hurriyet-ə istinadla xəbər verir ki, 2009-ci ildə açılışı olan "Mardan Palace" hotelində çalışan 800-dən çox işçidən 160-ı maaş ala bilmədiyini bildirir və bunun üçün etiraza qalxıb. May ayından bu yana ödənişlərini almadıqlarını deyən işçilər, 4 gündür hoteldə işi buraxaraq aksiya keçirirlər. "İnqilabçı Turizm İşçiləri İttifaqının" baş direktoru Mustafa Yahyaoğlu həmin işçiləri ziyarət edib. Yahyaoğlu ödənişlərinin verilməməsi səbəbindən 160 işçinin işi dayandıraraq aksiya keçirmək qərarı verdiyini söyləyib.

Hotelin dolu olmasına baxmayaraq işçilərin pulunun ödənilmədiyini iddia edən Yahyaoğlu, işləməyən işçilərin yerinə əlavə işçilərin günlük çalışdırıldığını söyləyib.

Borc səbəbindən, məhkəmə yolu ilə "Xalq Bankı"na satılan hotelin satış tenderinin ləğvi üçün açılan iddia davam edir. İnşasına 1 milyard 400 milyon dollar xərclənməsi ilə gündəmə gələn hotel 2010-ci ildə dünyanın ən lüks oteli seçilmişdi.

Mənbə: Sputnik.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır