British Airways reyslər üzrə ləngimənin - SƏBƏBLƏRİNİ AÇIQLADI
06 SENTYABR 2016
556

British Airways reyslər üzrə ləngimənin - SƏBƏBLƏRİNİ AÇIQLADI

"British Airways" aviaşirkətinin ABŞ və Meksikanın bəzi aeroportlarından reysləri kompyuter sistemində sərnişinlərin qeydiyyatı ilə bağlı yaranmış texniki nasazlıq səbəbindən ləngiyib. Fins.az-ın "Trend"ə istinadən məlumatına görə, sərnişinlərə ünvanlanmış müraciətdə deyilir ki, kompyuter sistemində texniki problemin qısa zamanda aradan qaldırılması üçün tədbirlər görülür.

Hazırda ləngiyən reyslərin dəqiq sayı məlum deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır