Bakıda daha bir hotel açılır
06 SENTYABR 2016
1030

Bakıda daha bir hotel açılır

“Baku Turk Oteller Grubu” Bakı şəhərində daha bir otelini istifadəyə verəcəkdir.

Fins.az “Marja”ya istinadən xəbər verir ki, qrupun fəaliyyətə başlayacaq 5-ci oteli “Riva Hotel-Baku” adlanır. Hotel 07.09.16-cı il tarixində Əhməd Rəcəbli küç. 1 ünvanında fəaliyyətə başlayacaqdır.

“Riva Hotel-Baku”da 1 nəfərlik otağın qiyməti 25, iki nəfərlik otaq isə 30 dollardır. 3 və 4 nəfərlik otağın qiyməti isə müvafiq olaraq 35 və 40 dollar təşkil edir.

Məlumat üçün bildirək ki, “Ariva Hotel”, “Askar Hotel”, “Baku Turk Oteli” və “Gorgud Plaza Hotel-Baku” otelləri ''Baku Turk Oteller Grubu”na məxsusdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır