Qəbələdən bu istiqamətə uçuşlar 48 % ucuzlaşdı - "Pegasus"dan endirim
06 SENTYABR 2016
4860

Qəbələdən bu istiqamətə uçuşlar 48 % ucuzlaşdı - "Pegasus"dan endirim

Türkiyənin aşağıbüdcəli "Pegasus" aviaşirkəti “Qəbələ”dən Romaya uçuşlarda endirim etməyə başlayıb. Aviaşirkətdən fins.az-a verilən məlumata görə, bu reys üzrə uçuşlar sentyabr ayının sonunda 48 % endirimlə təklif edilirş.Məsələn, sentyabr ayının 24-ü,26-sı,29-u və oktyabr ayının 1-i üçün Romaya uçuş biletləri 105 dollara satılır. Adi qaydada bu reys üzrə biletlər 200 dollara başa gəlir. Bu qiymətə 8 kilo əl yükü və 20 kiloqramlıq baqaj daxildir.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır