Gəncədə ilk hostel açıldı – QİYMƏT
07 SENTYABR 2016
1166

Gəncədə ilk hostel açıldı – QİYMƏT

Artıq bir çox Avropa ölkələrində olduğu kimi ölkəmizdədə hostellər fəaliyyət göstərəcək.Buna nümunə olaraq Gəncədə açılan ilk hosteli misal göstərmək olar. Bu ilin may ayından işə başlayan hostel İsrafil Məmmədov küçəsi, 67 ünvanında, Mərkəzi Univermağın arxasında yerləşir. “Old Gəncə Hostel”i artıq ilk müştərilərinə xidmət də göstərir. 

1 nəfər 10 dollar

Hosteldə qalmaq istəyənlər bir gecə üçün 10 dollar ödəməli olacaqlar. Otaqlar 60 kv2, 20kv2 və 10 kv2-lik ölçüdədir. Əgər tək gecələmək istəsəz 10kv2 otaq sizin istifadənizə veriləcək bu zaman isə siz 11 dollar ödəməli olacaqsız. Hosteldə ən çox bir yerdə 8 nəfər gecələyə bilər. Bu otağın ərazisi isə 60kv2-di. 20kv2-lik otaq isə 2 nəfər üçün nəzərdə tutulub və iki nəfər qalmaq üçün 21 dollar ödəməli olacaqsız. Qeyd edək ki, ödənişlər həm manat həmdə dollarla qəbul olunur. 

Səhər və nahar yeməyi

Səhər yeməyi yemək istəyənlər adambaşına 2 manat da əlavə ödəməli olacaqlar. Səhər yeməyi menyusuna yağ- pendir, kolbasa-yumurta daxildir. Nahar isə 5 manata başa gələcək. Bura şorba və əsas yemək daxildir. 

Əlavə xidmətlər

Həmçinin hosteldə pulsuz xidmətlər də var. Bura velosipeddən, ütüdən və paltaryuyan maşından istifadə etmək daxildir. Qeyd edək ki, sadalanan bu xidmətlər dünyanın əksər hostellərində ödənişlidir. Müştərinin xahişi ilə pulsuz bələdçi ilə də təmin oluna bilər.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır