Ərəblər Azərbaycana niyə gəlirlər?
07 SENTYABR 2016
1177

Ərəblər Azərbaycana niyə gəlirlər?

Ötən illərə nisbətdə bu il  körfəz ölkələrindən gələn turistlərin sayının çoxaldığını şəhər sakinləri də şahidi olublar. Expert Murad Kərimovun bildirdiyinə görə ərəblərin ölkəmizə gəlməkdə şərait yaradan yerli turizm şirkətlərindən əlavə körfəz ölkələrinin turizm nümayəndəliklərinin  Azərbaycandakı otellərlə əlaqə saxlaması və ərəb turistlər üçün yer rezerv etməsi məsələyə müsbət təsir göstərib.

Ekspertin fikrincə onların ölkəmizə olan maraqları isə bir neçədi. Bura hətta geyim belə daxildi. Əksər Avropa ölkələrində öz əlbisələrində rahat gəzə bilməyən turistlər ölkəmizdə bu şəraitdən asanlıqa faydalana bilirlər.Hətta bəzi ərəb turistlər vəhşi ov quşlarınıda özləri ilə gətirirlər. Eyni zamanda asand viza əldə etməkdə öz sözünü deyir. Hətta İraq avia şirkətlərinində Azərbaycana reyslər təşkil etdiyi bildirilir.

Həmçinin Ölkəmizdə olan təbii şərait  yaşıllıqlar körfəz ölkələrindən olan turistləri bir qədərdə cəlb edir. Onların əsas istiqamətləri Bakı Quba-Qusar və Qəbələdi.İstirahət mərkəzləri kimi Şahdağ və Ləzə kəndinə üstünlük verirlər. Bakı və Bakı ətrafı turlar ərəb turistlər üçün orta hesabla 150-200 dollara başa gəlir.

Qeyd edək ki,körfəz ölkələrindən ən çox turistlər İraq və Səədüyyə Ərabistanından gəlirlər.İraqdan gələnlər əsasən 4 ulduzlu otellərə üstünlük versələrdə,Ərəbistandan olan turistlər ən çox 5 ulduzlu otellərdə qalmağa üstünlük verirlər.

Ekspertin sözlərinə görə ötən illərlə müqayisədə ərəb turistlərin ölkəmizə gəlməsində 18 dəfə artım müşahidə olunub. Mədəniyyət və Turizm nazirliyinin mətbuat xidmətindən isə bildirdilər ki,körfəz ölkələrindən gələn turistlərin dəqiq sayı sentyabr ayının sonunda məlum olacaq.

Turizm mövsümünün bitməsi hazırda körfəz ölkələrindən gələn turistlərin azalaçağını deməyə əsas verir. Lakin azalmanın olub olmayacağı bəlli deyil. M.Kərəmovun sözlərinə görə bu il ilk dəfə belə hal olduğundan statistik göstərici yoxdu ona görədə onların növbəti aylarda kütləvi şəkildə gələcəkləri barədə hər hansı bir söz demək mümkün deyil. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır