Moskvada muzeylər pulsuz işləyəcək
07 SENTYABR 2016
574

Moskvada muzeylər pulsuz işləyəcək

Sentyabr ayında Moskvaya yolu düşən Azərbaycan vətəndaşları burada pulsuz ekskursiyalaran faydalana biləcəklər. Fins.az-ın məlumatına görə, senytabrın 10-11-də Moskvada 200 dən çox pulsuz ekskursiyalar təşkil olunacaq. Bu - Moskvada Şəhər Gününün qeyd olunması ilə əlaqədardır.
 
Ekskursiyaya istənilən şəxs qatıla bilər. Moskva şəhər meriyası xəbər verir ki, ekskursiyaçılar bu tədbirlər çərçivəsində şəhərin küçələri tarixi məkanları və muzeyləri ilə tanış ola biləcəklər.
 
Pulsuz ekskursiyalarda iştirak etmək üçün mütləqdiki əvvəlcədən qeydiyyatdan keçmək lazımdır. Bundan əlavə həftə sonu şəhərin 88-dən çox muzeyi şəhərin sakinlərinə və qonaqlarına pulsuz xidmət göstərəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır