Azərbaycanda 2 və 3 ulduzlu hotellər şəbəkəsi qurulacaq
09 SENTYABR 2016
672

Azərbaycanda 2 və 3 ulduzlu hotellər şəbəkəsi qurulacaq

Yaxın gələcəkdə 2 və 3 ulduzlu hotellər şəbəkəsinin yaradılması nəzərdə tutulur. Mədəniyyət və Turizm Nazirliyindən fins.az-a verilən xəbərə görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Turizm Assosiasiyasında (AZTA) turizm şirkətlərinin nümayəndələri ilə keçirilən toplantında belə deyib. 

Nazir bildirib ki,  Azərbaycanda turizm sənayesinin inkişafı üçün atılan addımlar öz bəhrəsini verməkdədir: “Azərbaycan lüks turizm xidmətləri təklif edən ölkə kimi tanınıb. İndi bu sahədə görülən işlər davam etdirilməkdədir. Yaxın gələcəkdə 2, 3 ulduzlu hotellər şəbəkəsinin yaradılması nəzərdə tutulur. Bununla da ölkəmizə müxtəlif təbəqələrdən olan xarici turistlərin axını təmin edilmiş olacaq”.

Ə.Qarayev qeyd edib ki, bu gün turizm Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun aparıcı qüvvəsinə çevrilməkdədir. "Son bir neçə ildə ölkəmizdə böyük turizm infrastrukturu qurulub, brend hotellər istifadəyə verilib. Bunun nəticəsində dünya turizm bazarında Azərbaycan da xüsusi yer tutur".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır