Bakıda yeni bir hostel işə başladı
15 SENTYABR 2016
890

Bakıda yeni bir hostel işə başladı

Paytaxt Bakıda yeni hostel turistlərin ixtiyarına verilib. “Malakan” bağının yaxınlığında yerləşən “Centrum” hostel qiymətləri ilə diqqəti cəlb edir.

1 nəfər 15 dollar

Hosteldə qalmaq istəyənlər bir gecə üçün 15 dollar ödəməli olacaqlar.Hostelin 7 otağı var. 1 nəfərlik otağın sahəsi 25 kv2 metr, 2 nəfərlik otaq 30kv2 metrdir. 25 dollar ödəməklə iki nəfərlik otağı kirayələmək olar. Hosteldə  maksimum 10 nəfərlik bir otaq da mövcuddur və bu otağın sahəsi 70 kv2 metrdir. Həmçinin sahəsi  isə 50 kv2 metr olan 6 nəfərlik otaq da müştərilərin ixtiyarındadır. Otaqlarda açarlı  dolablar qoyulub və Siz istədiyiniz əşyanızı hamin dolablara qoyub rahatca  gəzintiyə çıxa bilərsiz. Hosteldə 80 kv2 metr sahəsi olan ümumi otaqda isə tursitlər kitab oxuya, televizora baxa bilərlər.

Səhər yeməyi

Hosteldən səhər yeməyinin qiyməti adambaşına 3 manatdır. Menyuya kruasan, yumurta, yağ-pendir daxildir. Əgər ürəyinizdən nahar və axşam yeməyi də keçsə, onda sifariş verməli olacaqsınız. Təbii ki, qiyməti nə sifariş etməyinizdən asılıdır.

Əlavə xidmətlər

Hosteldə pulsuz xidmətlər də var. Bura paltaryuyan maşından, ütüdən istifadə daxildir. Həmçinin ümumi otaqlarda televizora baxmaq stolüstü tennis və digər stolüstü oyunlardan pulsuz yararlanmaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır