Yamac paraşütü üzrə təlim keçiriləcək
15 SENTYABR 2016
523

Yamac paraşütü üzrə təlim keçiriləcək

Gilavar Hava və Ekstrim idman klubu sentyabr ayının 18-də Şamaxıda Yamac paraşütü üzrə təlim keçirəcək. Fins.az bildiri ki, təlimdə iştirak könüllüdür və son qeydiyyat tarixi sentyabrın 17-si axşam 18:00-dək olacaq. Təlim pulsuzdur lakin texniki avadanlıqdan istifadəyə görə iştirakçılar 20 avro ödəməlidirlər. Texniki avadanlığa isə kaska, yedək,paraplan və s. daxildir. Ödənişin avro ilə olmasına səbəb isə avadanlıqların Avropadan gətirilməsidir və təşkilatçılar valyuta kurslarının qeyri-stabil olmasını nəzərə alaraq ödənişi avro ilə qəbul edir.

Təlimə sentyabrın 18-i saat 07:00 də start veriləcək. İştirak etmək istəyənlərin göstərilən tarixdə və saatda N.Nərimanov  metrosunun yanındakı McDonald's-ın  qarşısında toplaşacaqlar. Qeyd edək ki,təlim bir günlükdür. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır