Gəncə MDB-nin yeni mədəniyyət paytaxtı seçildi
15 SENTYABR 2016
614

Gəncə MDB-nin yeni mədəniyyət paytaxtı seçildi

MDB-nin yeni mədəniyyət paytaxtı Azərbaycanın Gəncə şəhəri olacaq. Bu barədə RİA Novosti agentliyinə MDB İcraiyyə Komitəsindən məlumat verilib.

Fins.az "Azərtac"a istinadən xəbər verir ki, bu, MDB Dövlət Başçıları Şurasının cümə günü Bişkekdə keçiriləcək iclasında elan olunacaq.

İcraiyyə Komitəsindən bildiriblər ki, MDB-nin mədəniyyət paytaxtı bir illiyə seçilir. Hazırda MDB-nin mədəniyyət paytaxtı Türkmənistanın Daşoğuz şəhəridir. Sabah bu titulun Gəncə şəhərinə keçdiyi elan olunacaq. Həmçinin bununla bağlı tədbirlər planı təsdiqlənəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır