Həftə sonu hara gedək?  - İSTİQAMƏTLƏR, QİYMƏTLƏR
15 SENTYABR 2016
669

Həftə sonu hara gedək?  - İSTİQAMƏTLƏR, QİYMƏTLƏR

Yay mövsümündə yaxşı istirahət edə bilməyənlər üçün paytaxt Bakıda fəaliyyət göstərən travel şirkətləri həftə sonları bölgələrə 1 və 2 günlük turlar təşkil edir. Fins.az-ın məlumatına görə belə turların qiyməti adambaşına 22 manatla 85 manat civarında dəyişir.

Lahıc 1 nəfər 1 günlük  23 manat

“Atlas” travel-in bazar günləri təşkil etdiyi turlardan biri də Qəbələ-Şəki və Lahıc turlarıdır. Lahıca təşkil olunan turda 1 nəfərin ödəyəcəyi məbləğ 23 manatdır. Əgər istəsəniz günorta yeməyi ilə də təmin oluna bilərsiz,lakin bu halda 23 manat əvəzinə  32 manat ödəməlisiniz. Bu qiymətə əlavə olaraq nəqliyyat, fotosessiya, bələdçi xidmətləri daxildir. Lahıcda gəzəcəyiniz yerlər isə asma körpü,dulusçuluq məhəlləsi, 72 otaqlı ev və diyarşünaslıq muzeyidir.

Qusar-Laza 1 nəfər 1 günlük

«Tur de Az» turizm şirkətidə həftə sonları 1 və 2 günlük turlar təşkil edir ki,bu turlardan biri də Qusar-Laza turudur.1 nəfərlik tura yalnız səhər yeməyi fotosessiya və bələdçi daxildir.Eynilə digər turlarda olduğu kimi burda da istəsəz əlavə olaraq 10 manat ödəyərək günorta yeməyi ilə də təmin oluna bilərsiz.Gəzəcəyiniz yerlər isə Laza kəndi və bu bölgədə yerləşən şəlalə həmçinin Quba –Qəçreş Nugədi kəndi və Çənlibel gölünün ərazisi olacaqdır.

Qeyd edək ki,yuxarıda sadalanan bütün turlarda qrup halında iştirak edən tur iştirakçılarından 11 ci adam bütün bu xidmətlərdən pulsuz yararlana biləcək. 

«Qobulənd»

Həftə sonunu hər cəhətdən səmərəli keçirmək istəyənlər isə Bakı ətrafındakı ən yaxşı piknik zonasına üz tuta bilərlər. Bakı-Şamaxı  yolunun Qobustan rayonuna yaxın ərazisində yerləşən piknik zonası “Qobulənd” istirahət mərkəzinin ərazisində fəaliyyət göstərir. Bura ailəvi və qrup formasında istirahəti sevənlər üçün ən yaxşı variantdır.

Piknikin ərazisində  2 restoran və göl var. Amma istirahət zonasının əsas xüsusiyyəti və başqalarınan fərqi burada  “özü bişirib özü yeyənlər” üçün də şəraitin olmasıdır. Belə ki, bura gələnlər restoranın xidmətlərindən istifadə etmədən ərazidə özləri kabab çəkə, və əylənə bilərlər. Bunun üçün lazım olan əti elə istirahət mərkəzinin həyətindən almaq, ləvazimatları isə icarəyə götürmək olar.

Kabab bişirmək üçün müştərilərə manqal, samovar və digər ləvazimatlar kirayə verilir.  3 saata qədər bu ləvazimatlardan istifadə 30 manata, günlük kirayə isə 50 manata başa gəlir.

Piknik zonasında lazımı ərzaq və ət məhsulları da təklif edilir. Şamaxıdan gətirilən  quş əti və digər ət məhsulları şəhər qiymətləri ilə müqayisədə 1-2 manat ucuz təklif edilir. Bundan əlavə müştərilər göldən balığı özləri də tuta bilər

Bundan əlavə piknik zonasında müxtəlif növ əyləncələrdən istifadə etmək olar. Katamarandan yarım saatlıq istifadə 5 manat, velosiped sifariş  etmək 2 manatdır. Painboll 10 nəfərlikdir. Bunun üçün 100 güllə 10 manatdır. Kartinqdən  10 dəqiqəlik istifadə 8 manat, yarım saatlıq qolf maşınları  sürmək isə   10 manata başa gəlir. Piknik zonasında şeytan çarxı və eletrik avtmobilləri də var. Bu əyləncələrdən istifadə isə 1 manatdır. Voleybol və tennis meydançası isə boş olduğu halda buradan pulsuz istifadə etmək olar.

«Qobulənd» istirahət, ailəvi və dostları ilə birgə səyahəti xoşlayanlar, eləcə də qrupp şəklində istirahət etməyi sevənlər üçün çox sərfəlidir. Bakıdan uzaqda olmadığı üçün bura minik avtomobili ilə asanlıqla çatmaq olar. Minik avtomobili olmayanlar istirahət mərkəzinə Bakıdan avtobuslarla gələ bilərlər. 

Qəbələ-Şəki 1 nəfər 23 manat

“Atlas” travelin digər təşkil etdiyi tur isə Qəbələ-Şəki zonasıdır.1 nəfər üçün gediş haqqı 23 manatdır.Bu məbləğə həmçinin səhər yeməyi fotosessiya nəqliyyat və bələdçi xidmətləri daxildir.Qəbələ və Şəkidə gəzəcəyiniz yerlər isə Tufandağ Şəkidə-Xan sarayı və  Karvansaray olacaqdır.

Bu turlar hər həftə sonu həyata keçirilir. Tura isə N.Nərimanov metrosunun qarşısından başlanır.Tur iştirakçıları 06:30 da deyilən ünvana toplaşaraq saat 07:00 səyahətə başlayırlar.Qeyd edək ki,sadalanan turlar axşam saat 23:00 da Bakıya çatmaqla bitir. 

Mingəçevir Göygöl 1 nəfərlik 2 günlük tur 85 manat

«Online travel»in həftə sonu yəni şənbə və bazar günləri üçün təşkil etdiyi iki günlük tura siz 1 nəfər üçün 85 manat ödəməli olacaqsız. Bu məbləğə səyahətin birnci günü səhər və günorta yeməyi, səyahətin ikinci günü isə yalnız səhər yeməyi daxildir.Bu tur  zamanı Mingəçevirdə Səməni otelində gecələyəcəksiz. Tur zamanı baş çəkəcəyiniz yerlər isə Mingəçevir,Kür çayı sahili, Hacıkənd, Toğanaq, Maralgöl və Göygöl olacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır