Cənub bölgəsində görməli -  5 ƏSAS MƏKAN
16 SENTYABR 2016
1019

Cənub bölgəsində görməli -  5 ƏSAS MƏKAN

Lənkəran Azərbaycanın cənub-şərq hissəsində,Xəzər dənizinin sahilində yerləşir. Qədim məkanları gözəl iqlim və heyranedici təbiət landşaftları bu şəhərin fərqli xüsusiyyətləridir. Termal bulaqların varlığı turistləri və öz sağlamlığını qaydasına salmaq istəyən insanları cəlb edir, qədim tarixi və mədəni görməli yerlərin bol olmasıda,tarixi turizmlə məraqlanan insanları bura laqeyd qalmağa imkan vermir. 

18 ci əsrə aid Lənkəran qalası

Lənkəran qalası, dəqiq desək, onun salamat qalmış fraqmentləri xüsusi diqqət cəlb edir. Qala 18 ci əsrdə inşa edilibdir və Talış xanlığında vacib müdafiə istehkamlarından biri kimi tanınır. Qala, orta əsrlər üçün ənənəvi olan, lazım gəldikdə isə, su ilə doldurulan xəndəklə əhatə olunub. Tikilinin əsas obyektləri hücum edənlərin nişan alınaraq atəşə tutulduğu şimal və cənub qüllələridir. Qala ərazisində həmçinin şəhər bazarı olub və onun yerində yüz illər öncə bütün regionda zəvvarlar üçün ən çox ziyarət olunan yerlərdən biri olmuş iki məscid ucaldılıb. 

Xanbulan-Hirkan

Xanbulan istirahət mərkəzi isə  çay ətrafında istirahət etməyi sevənlər üçün xüsusi maraq kəsb edir. Hirkan milli qoruğuda cənub bölgəsində öz füsünkarlığı ilə seçilir.Parkda çoxlu sayda relikt və endemik növ bitkilər vardır. Eko-turzim ilə maraqlananlar üçün bura əsl təbii muzeydir. Bu yerlərin  yaşı min illərlə ölçülür. Buzlaşma dövründə nəhəng buz parçalarının çökəklikdə yerləşən Xəzər dənizində tədricən əriməsi nəticəsində bu ərazilər buzlaşmaya məruz qalmayıb. Nəticədə qədim meşə örtüyü məhv olmayaraq bu günümüzədək gəlib çatıb.Qeyd edək ki,bu ərazilərdə bitən 150-dən çox ağac və kolun adı Qırmızı Kitaba salınıbdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifi əsasında Hirkan Milli Parkı UNESKO-nun tərtib etdiyi "Ümumdünya mədəni irs siyahısı"na daxil olması üçün qeydiyyata alınıbdır. Bu, həqiqətən də parkın dünyəvi əhəmiyyətə malik olmasını göstərir. 

Qızılağac, İstisu, Sım kəndi

Cənub bölgəsində yerləşən İstisu kompleksidə bura gələnlərdə xüsusi maraq yaradır.Həmçinin Qızılağac qoruğuda əsl təbiət sevərlərin gəzməli olduğu yerlərdən biridir.
Astarada yerləşən Sım kəndidə bu ərazidə yaşayan qədim insanlardan xəbər verir. Sımın ərazisində 70-ə yaxın bum-buz suyu olan bulaqlar, hündürlüyü 30 m, digəri isə 25 m-ə yaxın olan 2 şəlalə yaşı 1000 ilə yaxın olan müxtəlif növ ağaclar vardır. 

Buzeyir mağarası

Lerikdə yerləşən Buzeyir mağarası isə öz qədimliyi ilə seçilir.Eramızadan əvvəl 3 cü minilliyə aid bu mağara bu əraziyə gələn turistlərin xüsusi maraq kəsb etdiyi yerlərdəndir.
Lənkəran Turizm mərkəzindən bildirdilər ki,bu ərazilərə gələn turistlər üçün bələdçi xidməti  fəaliyyət göstərir. Məlumat üçün bildirək ki,əcnəbi turistlər üçün bələdçi xidməti qrup və tək halından asılı olaraq 35-50 manat arasında dəyişir. Adı çəkilən məkanları gəzmək isə pulsuzdur. 

Cənub bölgəsinə səyahət

Cənub bölgəsinə tur təşkil şirkətlərdən biri  “Regea travel”dən bildirdilər ki, Lerik və Masallıya təşkil edilən iki günlük turlar 1 nəfər üçün 85 manat təşkil edir. 3 günlük turlar üçün isə 1 nəfərlik turun qiyməti 150 manatdır. Qeyd edək ki, 85 manata olan iki günlük tura qaldığınız birinci gün 3 dəfə yemək daxildir.İkinci gün isə yalnız səhər yeməyi. 150 manata isə ilk iki gündə gün ərzində 3 dəfə yemək  verilir. 3 cü gün isə yalnız səhər yeməyi daxildir. Bu qiymətlərə həmçinin nəqliyyat puluda daxildir. Tur, travel şirkətinə məxsus avtobusla təşkil edilir.Lakin özünüz tək başına cənub bölgəsinə səfər etmək istəsəz onda yalnız səhər yeməyi daxil bir gün üçün 30 -50 manat ödəyəcəksiz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır