Turizm şirkətləri təkliflər planı hazırlamalıdır - TAPŞIRIQ
20 SENTYABR 2016
625

Turizm şirkətləri təkliflər planı hazırlamalıdır - TAPŞIRIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyində təbiət turizmi üzrə ixtisaslaşan şirkət və qrup nümayəndələrinin də daxil olduğu Ekoloji Turizm Şurasının ilk iclası keçirilib.

Turizm sahəsində çalışan Ruslan Quliyev fins.az-a açıqlamasında Ekoloji Turizm Şurasının yaradılmasını müsbət qarşılandığını söylədi. O, ekoloji turizm zonalarının tək bir bölgə üzrə yox, bütün ölkə boyu inkişaf etdirilməsinin əsas məqsəd olduğunu bildirdi.

Ruslan Quliyev  ekoloji turizm marşurutlarının təyin olunması bu marşrtularda lazımı iaşə obyektlərinin yaradılmasının vacibliyini vurğuladı. Həmçinin bu sahə üzrə bələdçilərin hazırlanmasına və turistlərin təhlükəsizliyi məsələlərinə də diqqət yetirildiyini qeyd etdi.

İclasda eyni zamanda ekoturizm marşrutlarının pasportlaşdırılması, Milli Parklarda və meşə ərazilərində marşrut sxemlərinin hazırlanması, marşrutlar üçün texniki təchizatın lazımı səviyyədə təmin edilməsinin vacibliyi, təhlükəsizlik tədbirlərinin görülməsi barədə fikir mübadiləsi aparılıb.

Ekaloji turizm marşrutlarının passportlaşdırılmasına gəlincə, Ruslan Quliyev bura turun xarakteristikası hansı kateqoriyaya aid olmasının aid olduğunu bildirdi.

Ekspertin sözlərinə görə, əsas məqsədlərdən biri də informasiya mübadiləsinin və məlumat bazasının zəngin olmasıdır.

Qeyd edək ki, Ekoloji Turizm Şurasının üzvü olan şirkət nümayəndələrinə qısa müddətdə qeyd olunan sahələr üzrə təkliflərini hazırlayaraq Şuranın katibliyinə təqdim etməsi tapşırılıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır