Antarktidada gecəsi 6500 dollara qeyri-adi hotel - FOTOLAR
21 SENTYABR 2016
531

Antarktidada gecəsi 6500 dollara qeyri-adi hotel - FOTOLAR

5 ulduzlu otellər arasında öz qeyri-adiliyi ilə məşhur olan otellərdən biri də Antarktidada yerləşən "White Desert” adlı oteldi. 10 il bundan öncə istifadəyə verilən və on illik yubileyi ilə əlaqədər olaraq bir müddət öncə təmir olunan mehmanxanın əlbətdəki əsas özəlliklərindən biri də Antarktidada yerləşməsidir.

-80 dərəcə soyuqda...

Mənfi 80 dərəcə ilə ən yaxşı halda müsbət 5 dərəcə tempraturu olan yerdə yaradılan bu otel bir çox məşhur şəxslərin qaldığı otellərdən biridir. Onların arasında  Böyük Britaniya şahzədəsi Harri, Səüdüyyə şeyxinin ailəsi və məşhur yazıçı Bear Qrils də olub.

11 gün 72 min dollar

Oteldə 8 və ya 11 gün qalmaq  adambaşına 72 min dollardır. Oteldə qalmaq noyabr və dekabr aylarında münasib olur çünki bu zaman tempratur müsbət 5 dərəcəyə çatır. Otelin nömrələri unikal "yataq baramaları",  günbəzlər şüşə lifindən hazırlanıb, interyerlər isə xəzlə örtülüb. Bu baramalar qonaq otağı, mətbəx, yataq və vanna otaqlarını özünə daxil edir. Oteldə 5 syut-nömrə, daha yaxşı planlı nömrə və lyuks otaqlar var.

İmperator pinqvinləri koloniyası

Bundan əlavə, oteldə restoran, kitabxana, istirahət  və ünsiyyət üçün launç-zona mövcuddur. Əyləncələrə gəlincə, otelin qonaqlarının imperator pinqvinləri koloniyasını izləmək, kaytserfinqlə məşğul olmaq və unikal ərazini araşdırmaq imkanı var. Antarktidaya uçuşlar isə Cənubi Afrikanın Keyptaun şəhərindən həyata keçirilir və uçuş müddəti 5 saat davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır