Qəbələdə yeni sağlamlıq oteli açıldı - QİYMƏTLƏR, FOTOLAR
21 SENTYABR 2016
9178

Qəbələdə yeni sağlamlıq oteli açıldı - QİYMƏTLƏR, FOTOLAR

Sağlamlıq və Gümrahlıq mütəxəssisi olan Anri Şeno Azərbaycanda müasir sağlamlıq və gümrahlıq məkanını təqdim edir. Detoks və gümrahlaşdırıcı Şeno metoduna əsaslanan yeni otel, Qəbələdə  Nohur gölünün sahilində yerləşir. Chenot Palace Health Wellness Hotel öz müştərilərinə xüsusi müalicə proqramları təqdim edir.

İstirahət+tibbi konsultasiyalar

  • Fundamental Detox Henri Chennot proqramı-7 gecəlik  adambaşına-2800 avro + konsultasiyalar 200 avro
  • Advanced Detox Henri Chennot  proqramı -7 gecə -adambaşına 3200 avro+ tibbi konsultasiyalar 200 avro
  • Preventation and Aging Well Henry Chennot proqramı -7 gecə adambaşına 4100 avro + tibbi konsultasiyalar 200 avro
  • Recovery from stress and Re-energising Henri Chennot proqramı-7 gün adambaşına 4400 avro + tibbi konsultasiyalar 200 avro
  • Metobolic Optimizing for Weight loss Henry Chennot proqramı-14 gecəlik adambaşına 7400 avro + tibbi konsultasiyalar 200 avro
  • 3-Day active Detox proqramı-3 gecəlik  adambaşına 1050 avro + tibbi konsultasiyalar + 80 avro

Şeno metodu müalicə

Burada yerləşən  Tibbi spa mərkəzi 6000 kvadrat metri əhatə edir və ən son texnologiyalara uyğun diaqnostik texniki avadanlıqlar ilə təchiz edilib. Güclü və unikal Şeno metodu müalicə protokolları ilə  hər bir qonağı onun şəxsi gümrahlığına uyğun olaraq individual proqram ilə təmin etməyə imkan verir.
Fiziki gümrahlıq üçün təchiz olunmuş qabaqcıl metabolizmin optimallaşdırılmasına nail olan Metabolizm Laboratoriyası ilə birgə təkmil İnsan Fəaliyyəti Şöbəsi; bütün bədənin krioterapiyası üçün -110° C –lik kriokamera; fitnes skrinninq üçün İdman Laboratoriyası, Anti-qravitasiya texnologiyaları və Normobaric Hipoksik (azaldılmış oksigen) mövcuddur.

Fərdi müalicə planı

Bu unikal metodlar bədəni toksinlərdən təmizlənmək, qidalandırıcı maddələri mənimsəmək, tonus və enerji səviyyəsini artırmaq və uzunmüddətli fizioloji faydaları balanslaşdırmaq üçün stimulyasiya edir. Bu nəticələr, həyat tərzini fərdi ehtiyaclara uyğun olaraq dəyişdikdə daha effektiv olur.
 
Pasientlərə diaqnoz qoyulduqdan sonra fərdi müalicə planı hazırlanır. Nəzərdə tutulan müalicə prosedurları orqanizmi özünün daxili müalicəsini əmələ gətirməyə sövq edir və enerjililik, funksionallıq, daxili harmoniya ilə özünü göstərir.
 
Şeno pəhrizi göstərir ki, individual gümrahlıq yalnız ən yaxşı inqredientlərdən asılı deyil, həmçinin orqanizmin təmizlənməsi və balanslaşdırılması üçün çox mühüm əhəmmiyyətə malikdir.
Oteldə hər bir pəncərə, eyvan və terrasdan açılan zərif və heyranedici görünüş 72 otaq və şəxsi SPA mərkəzi olan 3 villanın xarici və daxili sahəsini birləşdirir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır