Hotelçilik və qidalanma sektoru real artım göstərib
21 SENTYABR 2016
618

Hotelçilik və qidalanma sektoru real artım göstərib

Mehmanxana və qida sektoru nominal artım səviyyəsinə görə, Azərbaycan iqtisadiyyatının ən dinamık sahəsi hesab olunur. Fins.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2016-cı ilin yanvar-avqust aylarında bu sahədə əlavə dəyər 1021,8 mln. AZN təşkil edib. Bu da real ifadədə 11,6% artım deməkdir.

Hotelçilik və qidalanma sektorunda artım bu ilin sentyabrına olan göstəricilərə görə yalnız telekommunikasiya xidmətlərindən geri qalaraq 9,2% real artım göstərib. Telekommunikasiya sektorunda ÜDM 706,7 milyon manat təşkil edib, halbu ki, ötən ilin müvafiq dövründə bu rəqəm 711,3 milyon manat olub. Başqa sözlə, nominal azalma 0,6%-dir.

Yanvar-iyul aylarında ictimai qidalanma sektorunda xidmətlərin həcmi 719,716 milyon manata çatıb. Bu isə 2,7% artım deməkdir.

Qeyd edək ki, 1 sentyabr 2016-cı il tarixinə Azərbaycanda ÜDM-nin (38,028 milyard manat) real artım tempi mənfi oldu və  -3,1% göstəricisi qeydə alındı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır