Bakıda 3 ulduzlu otellər neçəyədir? - QİYMƏTLƏR
21 SENTYABR 2016
13607

Bakıda 3 ulduzlu otellər neçəyədir? - QİYMƏTLƏR

Paytaxt Bakıdakı otellərdə qiymətlər ulduz göstəricisinə görə dəyişir. Otellərdə qiymətlər əsasən otaqlara və göstərilən xidmətlərin sayı və keyfiyyətinə  görə müəyyən olunur.  Turistlərin daha çox seçdiyi 3 ulduzlu otellərdə qiymətlər 4 və 5 ulduzlu otelə malik olan mehmanxanalardan daha ucuzdur. Fins.az paytaxtımızda fəaliyyət göstərən 3 ulduzlu otellərin qiymətlərini təqdim edir.

Qiymətə nə daxildir?

Jasmin Otel- adambaşına tək otaq 50 manat  + səhər yeməyi
Shams Mini Hotel –adambaşına tək otaq  45 manat + səhər yeməyi + 24 saat pulsuz çay, kofe + trenajor zalı
Baku Palace Hotel-adambaşına tək otaq  50 manat +24 saat pulsuz çay,kofe
Yuxarıda göstərilən qiymətlər adambaşına bir gecəlik olan məbləğdir. Həmçinin siz göstərilən qiymətə pulsuz səhər yeməyindən və hər bir otelin  təklif etdiyi xüsusi pulsuz xidmətlərdən yararlana bilərsiz.
 
İki nəfərlik otaqlara gəlincə, burada qiymətlər 60 -100 manat arasında dəyişir.
Jireh Hotel-adambaşına iki nəfərlik otaq -75 manat +səhər yeməyi
Otel Nemi –adambaşına iki nəfərlik otaq 85 manat+səhər yeməyi
Otel Qız Qalası –adambaşına iki nəfərlik otaq 60 manat+səhər yeməyi
Qeyd edək ki, bəzi otellərdə iki nəfərlik  lüks otaqlarda olur ki, bu cür otaqların qiyməti 100 manat civarındadır.

"Xidmət səviyyəsi aşağıdır"

Bakıda yerləşən 3 ulduzlu otellərin sayına gəlincə ekspert Müzəffər Ağakərimov bildirdi ki, hazırda otellərin sayını dəqiq demək mümkün deyil. Buna səbəb isə otellərə lisenziya verilməsi sisteminin ləğv olunmasıdır. Qiymətlərə gəlincə isə ekspert qiymətlərin heç də baha olmadığını, ancaq bu mehmanxanalarda xidmət səviyyəsinin aşağı olduğunu vurğuladı. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır