Nəzarət-buraxılış məntəqələrində Tax Free-nin tətbiqinə hazırdır - RƏSMİ BƏYANAT
21 SENTYABR 2016
537

Nəzarət-buraxılış məntəqələrində Tax Free-nin tətbiqinə hazırdır - RƏSMİ BƏYANAT

Dövlət Gömrük Komitəsi (DGK) ölkənin bütün nəzarət-buraxılış məntəqələrində Tax Free sisteminin tətbiqinə tam hazırdır.

Bunu jurnalistlərə DGK-nın sədri Aydın Əliyev deyib.

Onun sözlərinə görə, bu sistem artıq Heydər Əliyev Beynəlxalq Hava Limanında tətbiq edilir, nəzarət-buraxılış məntəqələrində də Tax Free-nin tətbiqi üçün şərait yaradılıb: "Bu məsələ təkcə DGK-dən asılı deyil, sistem tətbiq edilən kimi biz bütün nəzarət-buraxılış məntəqələrində onun işini təmin edəcəyik".

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır