Rusiyada müsəlmanlar üçün - “HALAL OTEL” AÇILDI
22 SENTYABR 2016
535

Rusiyada müsəlmanlar üçün - “HALAL OTEL” AÇILDI

Rusiyanın Sankt-Peterburq şəhərində müsəlmanlar üçün halal “3 Aylı” mehmanxana istifadəyə verilib. Fins.az xarici mətbuata istinadən bildirir ki, bu cür mehmanxana Rusiyada artıq sayca 4-dür, Sankt-Peterburq şəhərində isə bir ilkdir.

Oteldə namaz otaqları var. Mehmanxanada yerləşən restoranlarda isə yalnız halal yeməklər verilir. Mehmanxanada içki qadağan edilib. Ramazan ayında isə yemək yalnız imsak və iftar vaxtında verilir. Namaz otaqları, tibbi otaqlar, bərbər otağı, hovuz, sauna və s. bu kimi yerlər kişilər üçün ayrı, qadınlar üçün isə ayrı təşkil olunub. Otaqlarda dini kanallar nümayiş olunur. Otel qonaqları üçün islam tarixi ilə bağlı ekskursiyalarda təşkil olunur. Otel daxilində islama zidd şəkillər və s. bu kimi şeylər qadağan olunub.

Qeyd edək ki, bu cür halal otellər əsasən müsəlman ölkələrində mövcuddur. Otel 17 otaqlıdır. Burada həmçinin 10 market var, hansı ki, yalnız dini əşyalar satılır. Otelin tezliklə Rusiya Müftilər Şurasından keçərək “3 Ay” (3 ulduz) sertifikatı alacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır