Türkiyəyə gedib-qayıtmaq cəmi 195 manata
22 SENTYABR 2016
1294

Türkiyəyə gedib-qayıtmaq cəmi 195 manata

“AZAL” hava yolları Türkiyəyə sərfəli qiymətlərlə bir-başa uçuşlar təşkil edir. Kampaniya çərçivəsində ölkə vətəndaşları 190-195 manata Bakıdan İstanbul və Ankaraya gedib qayıda biləcəklər.

Qeyd edək ki, əslində AZAL-ın bu kampaniyası fevraldan başlayıb. Amma yay mövsümü ilə əlaqədar yay aylarında buna fasilə verilmişdi. Növbəti dəfə isə kampaniya sentyabrdan başlanıb. Uçuş təşkil olunan şəhərlər isə İstanbul və Ankaradır.

Biletlərin qiymətlərinin sərfəli olması vətandaşların bu biletlərə olan tələbatını artırıb. Odur ki, bu qiymətə olan bileti elə də asanlıqla əldə etmək olmur. Turizm şirkərlərindən Fins.az-a bildirdilər ki, biletləri ən yaxşı halda noyabr ayının 10-dan sonrakı tarixlərə almaq olar. Qeyd edək ki, bu ucuz biletləri əldə etmək üçün bir ay hətta bəzən iki üç ay öncədən sifariş etmək lazım olduğu bildirilir. Biletlərə tələbatın böyük olduğu tarixlərə – yeni il bayramlarına isə büün biletlər artıq satılıb. Kampaniyanın şərtlərinə görə, 1 tərəfli uçuş adambaşına 110 manat, gedib qayıtmaq isə 190-195 manatdır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır