İstanbul turist azlığından şikayətlənir
22 SENTYABR 2016
504

İstanbul turist azlığından şikayətlənir

Cari il Türkiyənin İstanbul şəhəri üçün turizm baxımından düşərli olmayıb. Ardıcılıqıa bir neçə terror aktları bu tarixi şəhərə gələnlərin sayını kəskin azaldıb.
Fins.az Türkiyə KİV-nə istinadən verdiyi xəbər görə, 8 ayın hesabatına əsasən İstanbula 6,3 milyon turist gəlib. Bu isə ötən ilin müvafiq dövründə 8,1 milyon təşkil edirdi.
İtaliyadan gələn turist axını 57%, İspaniya və Yaponiyadan 52%, Rusiyadan 47%, Çindən 49% və Almaniyadan isə 19% olub.
Yerli mehmanxana sahibləri də turistlərin yoxluğundan dərin böhran keçirdiklərini bildiriblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır