Həftəsonu hara gedək?  - İSTİQAMƏTLƏR, QİYMƏT
22 SENTYABR 2016
1081

Həftəsonu hara gedək?  - İSTİQAMƏTLƏR, QİYMƏT

Sentyabrın sonuncu həftəsonuna hazırlaşmaq vaxtıdır. Havaların hələ də əlverişli olduğu bir dövrdə səyahət və təbiətdə istirahət imkanını əldən qaçırmaq olmaz.
Fins.az-a yerli turizm şirkətlərindən verilən xəbərə görə yerli turizm şirkətləri ölkə daxili bölgələrə bir günlük turlar təşkil edir.Bu turlar həm az vaxt sərf etməyinizə həm də daha az pul xərcləməyizə səbəb olacaqdır. 

Quba 1 günlük - 23 manat

Turizm.az şirkəti bu həftə sonu bazar günü Qubaya 1 günlük tur təşkil edir.Turun qiyməti adambaşına 23 manat təşkil edir. Bu məbləğə transfer pulu,bələdçi fotosesiya və səhər yeməyi daxildir. 

Quba-Qusar 1 günlük - 27 manat

Quba –Qusar turunda Ləzə şəlaləsi və Çənlibel gölü kimi yerlərin gözəlliyinə tamaşa edə biləcəksiz. Bu məbləğə transfer pulu,bələdçi fotosesiya və səhər yeməyi daxildir.

Şəki-Qəbələ 1 günlük - 29 manat

Şəki-Qəbələ turunda isə Xan Sarayı,Karvansaray və digər bu kimi tarixi yerləri gəzmək şansı əldə etmiş olacaqsız. 

Şəki-Oğuz 1 günlük - 23 manat

Digər bir yerli turizm şirkəti Tur de Az-ın təşkil etdiyi bölgə turu Şəki-Oğuz və Lahıc turlarıdır. Şəki-Oğuza səyahət edərkən bu bölgələrin əsrarəngiz təbiəti ilə tanış olacaqsız. Qeyd edək ki,göstərliən məbləğə səhər yeməyi,transfer,fotosesiya daxildir.

Lahıc 1 günlük - 23 manat

Lahıcda isə  asma körpü,dulusçuluq məhəlləsi, 72 otaqlı ev və diyarşünaslıq muzeyini gəzmək şansı əldə edəcəksiz.
 
Qeyd edək ki,turların qiymətlərində dəyişiklik,gedilən yerin məsafəsinə uyğun olaraq dəyişilir.Turun başlanğıc nöqtəsi isə N.Nərimanov metrosunun qarşısındandır.Bazar günü səhər 06:30 –da deyilən yerə tur iştirakçıları toplaşaraq seçdikləri bölgəyə səfər edirlər. Axşam 23:00 da isə artıq Bakıya qayıtmış olursuz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır