Azərbaycandan daha bir ölkəyə UCUZ TƏYYARƏ REYSİ
22 SENTYABR 2016
1303

Azərbaycandan daha bir ölkəyə UCUZ TƏYYARƏ REYSİ

Rusiyanın büdcə aviadaşıyıcısı "Pobeda" oktyabrın 31-dən Rostov-Bakı-Rostov marşrutu üzrə müntəzəm uçuşlara başlayır.

Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası müvafiq icazəni sözügedən aviaşirkətin uçuşları həftədə 4 dəfə yerinə yetirmək, sorğusundan sonra vermişdir.

Uçuşların bazar ertəsi, çərşənbə, cümə və bazar günləri yerinə yetirilməsi planlaşdırılır.

Qeyd edək ki, bu, Azərbaycana uçuşlar yerinə yetirən artıq beşinci lou-kosterdir. Hazırda ölkəyə flydubai, WizzAir, Pegasus və airBaltic büdcə aviaşirkətləri uçuşlar həyata keçirir.

Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası həmçinin ölkə regionlarına uçuşlara başlanılması üçün bir sıra aviaşirkətlər ilə danışıqları davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır