15 dollara bilet satan şirkət  - AZƏRBAYCANA UÇACAQ
23 SENTYABR 2016
9177

15 dollara bilet satan şirkət  - AZƏRBAYCANA UÇACAQ

«Pobeda» -  bu ad bəlkə də çoxlarına ancaq hərfi mənası  ilə tanış gələcək amma Rusiyaya məxsus bu aviaşirkət ən ucuz reyslər təşkil etməklə tanınır.

«Dobrolyot»dan «Pobeda»ya qədər 

«Pobeda» şirkətinin əsası 2014 cü ilin 16 sentyabrında qoyulub. Şirkət ilk uçuşunu isə elə həmin ilin dekabr ayında həyata keçirib. Qeyd edək ki, əvvələr adı «Dobrolyot» olan şirkət Avropa Birliyinin Rusiyaya tətbiq etdiyi sanksiyalardan sonra adını dəyişərək «Pobeda» olub. Lowcoster-Pobedanın əsasən məqsədlərindən biri də sərnişinlərinə ən təhlükəsiz uçuş təşkil etməkdir. 

«Boeing 737-800 NG» 

Məhz elə bu səbəbdəndir ki, aviaşirkət Boeing 737-800 NG təyyarələrindən istifadə edir. Qeyd edək ki, bu təyyarələrdə 189 nəfər uçuş edə bilər. Bu avişirkətlə 10 kiloqram yükə pul ödəmədən özünüzlə apara bilərsiz. Şirkətin təşkil etdiyi ən ucuz reysə uçuş qiyməti 999 rubl və ya cəmi 16 dollardır. Bu reyslə Moskva şəhərindən 791 kilometrlikdə yerləşən Kirov şəhərinə uçmaq olar. 

10 milyon sərnişin daşıyacaq

Pobeda şirkəti Rusiyada ən gənc aviaşirkətlərdən biridir. 2018 ci il üçün şirkət təyyarələrinin sayını 40-a çatdırmaq niyyətindədir. Sərnişin daşımanı isə hər il üçün 10 milyon etmək niyyətindədir. Bu nəticə şirkətə Rusiya ərazisində 5 ən nüfuzlu şirkətdən biri olmağa imkan verəcək. 
Bakıdan Rostova uçuşlara başlayacaq
Hazırda statistika göstərir ki bütün dünyada Lowcosterlər böyük məşhurluq qazanıb. Oktyabr 31-dən isə bu aviaşirkət Rostov-Bakı-Rostov marşrutu üzrə müntəzəm uçuşlara başlayacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır