Avstriya Hava Yolları Bakıya uçuşları bərpa edə bilər
23 SENTYABR 2016
459

Avstriya Hava Yolları Bakıya uçuşları bərpa edə bilər

Azərbaycanın xarici işlər naziri Elmar MəmmədyarovBMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində Avstriyanın federal Avropa, inteqrasiya və xarici işlər naziri Sebastian Kurz ilə görüşüb.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan və Avstriya arasında siyasi dialoqun intensiv xarakter daşıdığı və əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğu bildirilib. S. Kurz Azərbaycan hökuməti tərəfindən yaradılan biznes mühitini təqdir etdiklərini və Avstriya şirkətlərinin ölkəyə sərmayə yatırtmaqda maraqlı olduqlarını diqqətə çatdırıb. O, Avstriya Hava Yollarının Bakıya uçuşları bərpa etmək niyyətində olduğunu deyib.
E. Məmmədyarov Azərbaycanın Avstriya ilə iqtisadi əlaqələri inkişaf etdirməkdə maraqlı olduğu, bu xüsusda Avstriya sərmayəsinin ikitərəfli münasibətlərə töhfə verəcəyinə əminlik ifadə edib. ATƏT-ə növbəti sədrlik edəcək ölkə kimi Avstriyanın mövcud münaqişələrin həlli üçün səylər göstərəcəyini vurğulayan S. Kurz isə bu statusda Azərbaycana səfər etmək, ikitərəfli və çoxtərəfli formatda müxtəlif məsələləri müzakirə etmək niyyətində olduğunu bildirib.
 
Mənbə: APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır