Bakıda “Turizm həftəsi” elan edildi
23 SENTYABR 2016
569

Bakıda “Turizm həftəsi” elan edildi

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi 27 sentyabr Beynəlxalq Turizm günü ilə əlaqədar “Turizm həftəsi” elan edib.
İdarədən verilən məlumata görə, “Turizm həftəsi” çərçivəsində Azərbaycanın xalçaçılıq incilərinin, milli sərvətlərin, tarixi abidələrin gənclər arasında təbliği və onların bu sahədə məlumatlandırılması məqsədi ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna, Milli Azərbaycan Tarixi Muzeyinə, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə ekskursiya təşkil ediləcək.
İdarənin şəbəkəsinə daxil olan müəssisələr - kitabxanalar, mədəniyyət evləri və klublar, muzeylər, uşaq musiqi və incəsənət məktəbləri tərəfindən müxtəlif sərgilər, dəyirmi masalar, ekskursiyalar, “Açıq qapı” günləri təşkil olunacaq
Mənbə: APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır