Qusarın Mərkəzi Parkı sponsor axtarışında
23 SENTYABR 2016
524

Qusarın Mərkəzi Parkı sponsor axtarışında

Qusar şəhərinin Nəriman Nərimanovun adını daşıyan Mərkəzi İstirahət və Mədəniyyət Parkı 1853-cü ildə qurulmuşdu və 1963-cü ildə Azərbaycan Respublikasının ən yaxşı parkı adına layiq görülmüşdü. Uzun müddət park şəhər sakinləri və qonağları üçün ən sevimli yer olub. Lakin indi bu təbiət ocağına bərpa tələb olunur.
Park özünü maliyyələşdirmə təşkilatıdır. Fins.az-ın verdiyi məlumata görə, parkın direktoru Sənan Xəlilov deyir ki, Qusar rayonun icra hakimmiyəti parkın fəaliyyəti üçün çox şey edir, lakin bu kifayət deyil.
“Parkda keçmişdəki kimi atrakksionları, uşaq meydançalarını, karuselləri, reqs meydançasını, açıq havada orkestr və s. bərpa etmək üçün bizə sponsorların, mesenatların, xeyirxah insanların köməyi lazımdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır