Xəzər dənizi sahilində böyük ekoloji park salınacaq
23 SENTYABR 2016
632

Xəzər dənizi sahilində böyük ekoloji park salınacaq

Xəzər dənizi sahilində ekoloji mühiti tənzimləyən böyük ekoloji park salmaq niyyətindəyik.

Bu fikirləri “Eko–Sahil” Beynəlxalq Memarlıq Festivalının iştirakçısı – belaruslu memar Lidiya Lesnyakova deyib.

O, bildirib ki, layihəni işləməzdən əvvəl Bakının memarlığı ilə yaxından tanış olub. Layihənin həyata keçiriləcəyi ərazinin əvvəllər sənaye sahəsi olmasına diqqət yetirən L.Lesnyakova burada ekoloji parkın yaradılmasını daha məqsədəuyğun hesab edib. Elə layihənin özü də “Eko park” adlanır.

Memar həmçinin qeyd edib ki, əsas konsepsiya Xəzərin sahilboyu ərazisini bərpa etməkdir. Layihədə yeni obyektlərin inşası planlaşdırılıb.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır