Şopinq festivallardan 20-30% gəlir geri qayıda bilər – NAZİRDƏN AÇIQLAMA
27 SENTYABR 2016
581

Şopinq festivallardan 20-30% gəlir geri qayıda bilər – NAZİRDƏN AÇIQLAMA

Azərbaycanda  multikultralizm ili elen olunması ilə və Azərbaycan Respublikasının BM ÜTT –a üzv qəbul edilməsinin 15 illik yubileyi ilə əlaqədər olaraq  dəyirmi masa keçirilir.

Turizmin inkişafında yeni meyarlar

Açılış mərasimində Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev çıxış edib. O, bu ilin yekunlarına dair nitq söyləyib. Əbülfəz Qarayev neft və enerji  sektorunun alternativ qolu kimi qəbul olunan turizmin ölkəmizdə sürətlə inkişaf etdiyini bildirib. O qeyd edib ki, turizmin inkişafında yeni meyarlar və strategiya işlənərək Nazirlər Kabinetinə təqdim olunub. Nazirin sözlərinə görə, viza rejiminin sadələşdirilməsi ölkəmizə gələn turistlərin sayını bir qədər də artırıb. Statistikaya görə, təkcə yarım ildə ərəb ölkələrindən gələn turistlərin sayı 8 dəfə artıb.

Şopping festival

Şoping festivalların keçirilməsinin vacibliyini vurğulayan Əbülfəz Qarayev bu cür tədbirlərin ildə iki dəfə 10-15 gün davam edəcəyini bildirib. Lakin festivalların keçirilmə vaxtı barədə hələki dəqiq tarix söyləməyib. Nazir şopinq festivallardan 20-30 % gəlirin geri qayıdacağını hesablandığını da qeyd edib: “Bu məbləğə hələki yalnız xarici turistlərdən gələcək gəlir daxil edilib.

Rekreasiya zonaları

Mədəniyyət və Turizm naziri 3 reakrasiya zonasının təsdiq edildiyini bildirdi. Bunlar Xızı –Şabran-Xaçmaz, Quba və Qusardır. Ə.Qarayev  bildirib ki, bu zonalar bundan sonra öz iqtisadi inkişaf sahələrini məhz turizmdən göstərəcəklər. Artıq bu sahədə lahiyələr hazırlandığını da nazir qonaqların nəzərinə çatdırdı.

Peşə ixtisas məktəbləri ilə bağlı bir çox işlərin görüldüyü vurğulayan nazir hazırda ölkəmizdə turizm sənayəsində 30 mindən çox insanın çalışdığınıda əlavə etdi: “Azərbaycanın bögələrində yay mövsümündə  turist bolluğu yüksək oldu. Göstəricilərə görə, otellər Qəbələdə 100 faiz, Göygöldə 95 faiz dolu olub. Nisbətən az turist axını isə  Xızı və Mingəçevirdə qeydə alınıb. Ümumilikdə bu göstərici üzrə  23.5 faiz artım qeydə alınıb”.

Çıxışçılar kimlərdir?

Ə.Qarayev tədbirin ilk hissəsinin sonunda termal turizmin inkişafına xüsusi önəm verildiyini vurğuladı. O, hazırda SPA turizmi ilə bağlı lahiyələrin işlənildiyi vurğuladı.

Tədbirin ikinci hissəsində əcnəbi qonaqlar da iştirak etdilər. Qonaqlar arasında Ümumdünya Turizm Təşkilatının Proqramlar və Koordinasiya üzrə direktoru Zolton Somogyi  və Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Nabi Avcı həmçinin Azərbaycan Respublikasının millətlararası multikultralizm və dini dövlət müşaviri Kamal Abdulla da çıxış edib.

Daha sonra ABŞ-ın Visconsin –Stout Universitetinin fəxri professoru Cəfər Cəfəri, Gürcüstanın Turizm üzrə Milli Administrasiyasının Turizm məhsulları və infrastrukturunun İcraçı direktoru  Mike Hardi həmçinin Ümümdünya Turist bələdçiləri Assosiasiyası Federasiyasının Prezidenti Felicites Vressing multikultralizmin turizmdə rolu barədə nitq söyləyiblər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır