“Şahdağ”da yay mövsümü bitdi
28 SENTYABR 2016
383

“Şahdağ”da yay mövsümü bitdi

“Şahdağ” Turizm Mərkəzi yay mövsümünü bağlı elan etdi.

Fins.az-ın məlumatına görə, yay mövsümü ərzində mərkəzə üz tutan turistlərin sayı 30000-dən çox olub. Onların 50%-dən çoxunu xarici ölkələrdən olan turist, xarici turistlərin 80%-dən çoxunu isə ərəb ölkələrindən gələn turist təşkil edib. Əcnəbi qonaqlar Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı, İraq, Qatar, Oman, Küveyt, Bəhreyn kimi ölkələrdəndir. 

Mərkəzdə yay mövsümü sentyabr ayının 27-dən bağlı hesab olunur, qış mövsümünün açılışı isə dekabrın əvvəllərində olacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır