Hotel 30 dəbdəbəli lüks sedan sifariş edib
28 SENTYABR 2016
479

Hotel 30 dəbdəbəli lüks sedan sifariş edib

Rolls-Royce şirkəti brendin tarixində ən iri birdəfəlik sifariş aldığını elan edib. Fins.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, Britaniyanın Qudvud şəhərindən Çinin Makao şəhərindəki "The 13" hoteli üçün 30 ədəd "Phantom" avtomobili yola salınıb. Qeyd edək ki, hotelin açılışı 2017-ci ilin əvvəlinə planlaşdırılıb.
 
Bu lüks sedanlar "The 13 Holdings Limited" şirkətinin idarə heyətinin sədri Stiven Xuanın individual sifarişi ilə hazırlanıb. Avtomobillər hotelin şirkət rəngləri çalarlarında yaradılıb. Hətta avtomobilin içindəki saat "Graff" zərgər atelyesi ilə birgə düzəldilib. 
 
Makaoya göndərilən avtomobilin iki "Gold" moddeli xüsüsi qonaqlar üçün nəzərdə tutulub. Onların dekorasıyasında yüksək əyarlı qızıldan da istifadə olunub, "Rolls-Royce"un monoqrammları isə brilliantlarla bəzədilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır